ABŞ prezidenti Tramp: Livanda atəşkəs 3 həftə uzadılacaq
İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir çox şəhərləri işğal edib Livan hökuməti bu müddət ərzində ölkədə didərgin düşənlərin sayının 1 milyon 162 mini keçdiyini açıqlayıb Livan və İsrail arasında əldə olunan 10 günlük müvəqqəti atəşkəs aprelin 17

İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir çox şəhərləri işğal edib Livan hökuməti bu müddət ərzində ölkədə didərgin düşənlərin sayının 1 milyon 162 mini keçdiyini açıqlayıb Livan və İsrail arasında əldə olunan 10 günlük müvəqqəti atəşkəs aprelin 17-dən qüvvəyə minib İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubunda işğal etdikləri bölgələrdə qalmağa davam edəcəklərini bildirib TRAMP atəşkəsin uzadıldığını elan etdi İsrail və Livan nümayəndələrini Ağ Evdə qonaq edən ABŞ prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında İsrail-Livan atəşkəsi ilə bağlı açıqlama verib Amerika, İsrail və Livan nümayəndələrinin iştirak etdiyi Oval Ofisdəki görüşə işarə edən Tramp, "Görüş çox yaxşı keçdi. ABŞ Livana Hizbullahdan qorunmaq üçün Livanla əməkdaşlıq edəcək. İsrail ilə Livan arasında atəşkəs 3 həftə uzadılacaq" dedi Tramp əlavə 3 həftəlik atəşkəs müddətində Livan prezidenti Cozef Aun və Netanyahunu Ağ Evdə qonaq etmək istədiyini və bu görüşün “tarixi” əhəmiyyət daşıyacağını vurğulayıb İsrailin Hizbullahın ola biləcək hücumlarına qarşı hər zaman özünü müdafiə etmək hüququna malik olduğunu bildirən Tramp, "İsrail atəş açsa, özünü müdafiə etməli olacaq və bunu edəcək. Bunu etməsələr yaxşı olardı, amma bir şey olarsa, özlərini müdafiə etməli olacaqlar və bunu diqqətlə edəcəklər" dedi Tramp İranın “Hizbullah”a dəstəyini dayandırmalı olduğunu bəyan edib və bunun İranın ABŞ-la razılaşması üçün “vacib” olduğunu vurğulayıb


