ABŞ prezidenti Tramp: "İran razılaşması bütün regiona sülh və təhlükəsizlik gətirəcək"
ABŞ prezidenti Donald Tramp İranla əldə olunan razılaşma ilə bağlı “Bu böyük razılaşma bütün bölgəyə sülh və təhlükəsizlik gətirəcək” deyib. Razılaşma ilə Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatına sərbəst şəkildə açılacağına diqqət çəkən Tramp, "Cümə günü müqavilənin imzalanmasının ardınca boğa

ABŞ prezidenti Donald Tramp İranla əldə olunan razılaşma ilə bağlı “Bu böyük razılaşma bütün bölgəyə sülh və təhlükəsizlik gətirəcək” deyib. Razılaşma ilə Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatına sərbəst şəkildə açılacağına diqqət çəkən Tramp, "Cümə günü müqavilənin imzalanmasının ardınca boğazın minalardan təmizləmə işləri üçün açılması ilə bölgə və dünya üçün hər iki istiqamətdə neft axını yenidən başlayacaq" dedi ABŞ prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında İranla əldə olunan razılaşma ilə bağlı açıqlamalar verib. Sözügedən razılaşmanın bölgəyə sülh gətirəcəyini vurğulayan Tramp, "Bu gözəl razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirəcək. Bir çox prezidentlər İranla sülh bağlamağa çalışdılar və məndən əvvəlkilərin hamısı uğursuz oldu. Region liderləri ilk dəfə olaraq onlara həqiqi sülhə nail ola biləcək bir prezident tapdılar" dedi. Razılaşma ilə Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatına sərbəst şəkildə açılacağına diqqət çəkən Tramp, "Cümə günü müqavilənin imzalanmasının ardınca boğazın minalardan təmizləmə işləri üçün açılması ilə bölgə və dünya üçün hər iki istiqamətdə neft axını yenidən başlayacaq" dedi Tramp İranla razılaşma prosesinin tamamlandığını açıqlayıb ABŞ prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada İranla razılaşma prosesinin başa çatdığını açıqlayıb. ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın qaldırılacağını bildirən Tramp, "Bütün tərəfləri təbrik edirik. Hörmüz boğazının heç bir ödəniş və məhdudiyyət olmadan dəniz nəqliyyatına tam açılmasını rəsmi olaraq təsdiqləyirəm və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokadanın dərhal aradan qaldırılmasına göstəriş verirəm" deyib. Tramp "Dünyanın gəmiləri, maşınlarınızı işə salın. Neft axmağa başlasın" deyib. -Vaşinqton


