Tenqri
Ana Səhifə
Siyasət

Abbas Abbasov Amritsar hadisələrinin repressiya siyasəti üçün nəticələri haqqında

1984-cü ildə Amritsarda baş verən hadisələr Hindistanda etnik azlıqlara qarşı aktual münasibəti və yanaşmanı əks etdirdi və Hindistanda etnik azlıqlara qarşı repressiya və diskriminasiya siyasətində dönüş nöqtəsi oldu Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetində keçiri

0 baxışday.az
Abbas Abbasov Amritsar hadisələrinin repressiya siyasəti üçün nəticələri haqqında
Paylaş:

1984-cü ildə Amritsarda baş verən hadisələr Hindistanda etnik azlıqlara qarşı aktual münasibəti və yanaşmanı əks etdirdi və Hindistanda etnik azlıqlara qarşı repressiya və diskriminasiya siyasətində dönüş nöqtəsi oldu Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetində keçirilən "1984-cü ilin iyunu, Amritsar hadisələri: soyqırım kontekstində Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları" mövzusunda beynəlxalq konfransda jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib İcraçı direktorun sözlərinə görə, bu hadisələrdən sonra, təəssüf ki, sikh icmasının təxminən 5 milyon üzvü ölkəni tərk etmək məcburiyyətində qalıb. ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor təşkilatları yaradaraq qanuni mübarizəyə başladılar: Sonradan repressiya və ayrı-seçkilik siyasəti Hindistan hökuməti tərəfindən və ölkədən kənarda tətbiq olundu. Təəssüf ki, dialoq və danışıqlar əvəzinə siqh icmasına qarşı transmilli repressiya yolu seçildi. Sonradan bu yanaşma digər etnik azlıqlara, eləcə də aşağı kastaların nümayəndələrinə yayılmağa başladı” A. Abbasov əlavə edib ki, Beynəlxalq Sikx Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında imzalanmış yeni Memorandum akademik səviyyədə qurulan münasibətləri tənzimləyəcək “Etnik azlıqların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalıdır. Bu əməkdaşlıq elm, təhsil və akademik fəaliyyət sahəsində də inkişaf etməlidir. Ona görə də biz bu memorandum vasitəsilə akademik səviyyədə fəaliyyətimizi daha da gücləndirəcəyik” A. Abbasov xatırladıb ki, 2026-cı ildən Dalit icması ilə ilkin əlaqələr qurulub və ilk müzakirələr aparılıb “Yaxın aylarda Dalit icması ilə birgə layihələrimizi ictimaiyyətə təqdim edəcəyik. Dalitlər həm də etnik və sosial ayrıseçkiliyə məruz qalan bir qrupdur. Təəssüf ki, onlar uzun illər repressiya və diskriminasiya ilə üzləşiblər. Onların sayı təxminən 320 milyon nəfərdir. Buna baxmayaraq, Hindistan hökuməti bu gün onlara qarşı ayrı-seçkilik və repressiv tədbirlər tətbiq etməkdə davam edir” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler