Tenqri
Ana Səhifə
İqtisadiyyat

ABB Bank İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları işə başlayıb. Görüşlərə Azərbaycan 2026-cı il iyunun 19-dək ev sahibliyi edəcək İllik Toplantılar “Dayanıqlı Rifah üçün Regional İnteqrasiya” mövzusu altında keçirilir. Bu əlamətdar hadisə Qrupun 57 üzv ölkəsinin liderlərini və tərəfdaşl

0 baxıştrend.az
ABB Bank İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Paylaş:

Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları işə başlayıb. Görüşlərə Azərbaycan 2026-cı il iyunun 19-dək ev sahibliyi edəcək İllik Toplantılar “Dayanıqlı Rifah üçün Regional İnteqrasiya” mövzusu altında keçirilir. Bu əlamətdar hadisə Qrupun 57 üzv ölkəsinin liderlərini və tərəfdaşlarını bir araya gətirir, birgə inkişafı gücləndirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq üçün mühüm platforma rolunu oynayır Görüşlərin keçirildiyi Bakı Konqres Mərkəzində ABB Bank İslam bankçılığı konsepsiyasına uyğun dizayn edilmiş rəqəmsal filialla təmsil olunur. Tədbir iştirakçıları orada müxtəlif əməliyyatlar həyata keçirə və Bank ABB-nin xidmətlərindən istifadə edə bilərlər Qeyd edək ki, bu ilin aprel ayından etibarən Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejiminə əsasən, ABB Bank müştərilərinə İslam bankçılığı alətlərindən biri olan “Murabaha” mexanizmi əsasında maliyyə məhsulları təklif etməyə başlayıb. Bu məhsullar bütün hüquqi şəxslər və fərdi sahibkarlar üçün mövcuddur. Murabaha məhsulu sahibkarlara mal və ya aktivlərin alışını bank vasitəsilə maliyyələşdirməyə imkan verir. Maliyyələşdirmə müddəti 1 ildən 3 ilə qədərdir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı Bankın filial və ofislərində, https://abb-bank.az/ rəsmi internet saytından, 937 nömrəsinə zəng edərək Məlumat Mərkəzindən, habelə Bankın rəsmi korporativ sosial media səhifələrindən əldə etmək olar

Kaynak: trend.az

Diğer Haberler