Tenqri
Ana Səhifə
İqtisadiyyat

ABB Bank elektron ticarət imkanlarının erkən genişləndirilməsini planlaşdırır

BAKI, Azərbaycan, 9 iyun. ABB Bank yaxın gələcəkdə elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır. Trend-in müxbiri xəbər verir ki, bunu ABB-nin Rəqəmsal Ofisinin rəhbəri Mehmet Əli Savaş Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində deyib Onun sözlərinə görə, ABB 2024-cü

0 baxıştrend.az
ABB Bank elektron ticarət imkanlarının erkən genişləndirilməsini planlaşdırır
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. ABB Bank yaxın gələcəkdə elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır. Trend-in müxbiri xəbər verir ki, bunu ABB-nin Rəqəmsal Ofisinin rəhbəri Mehmet Əli Savaş Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində deyib Onun sözlərinə görə, ABB 2024-cü ilin sonundan müştərilərə dəstək sahəsində süni intellekt (AI) texnologiyalarını tətbiq edir və qısa müddətdə ciddi nəticələr əldə edilib "Hazırda sualla müraciət edən müştərilərin təxminən 70%-i birbaşa süni intellekt vasitəsilə cavablandırılır. Bu prosesdə müştəri xidməti əməkdaşlarının əlavə müdaxiləsinə ehtiyac qalmır və sorğular uğurla cavablandırılır", - o bildirib Savaş qeyd edib ki, ABB artıq AI vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsində mühüm mərhələyə çatıb "Dünyadakı nümunələrə baxanda düşünürəm ki, bu sahədə ABB ilə rəqabət apara biləcək banklar çox azdır. Bu, Azərbaycanın fəxr etməli olduğu nailiyyətdir", - o qeyd edib O, sistemin bütünlüklə yerli infrastruktur üzərində qurulduğunu və məlumatların ölkə hüdudlarından kənara ötürülməsinə icazə verilmədiyini vurğulayıb “Daxil olan müraciətlər Azərbaycanda yerləşən GPU infrastrukturu vasitəsilə emal olunur, müştərinin nə etmək istədiyi müəyyən edilir və müvafiq cavab verilir”, - deyə o, izah edib ABB rəsmisi bildirib ki, bankın əsas məqsədi təkcə maliyyə xidmətləri göstərmək deyil, həm də müştərilərin gündəlik həyat təcrübəsini dəyişməkdir Bu kontekstdə ABB-nin yeni “DigiTravel” layihəsinə start verdiyi qeyd edilib. Layihə çərçivəsində artıq 300-dən çox bilet satılıb və istifadəçilər birbaşa ABB Mobile tətbiqi vasitəsilə aviabilet ala bilərlər Bundan əlavə, yaxın vaxtlarda tədbirlər və əyləncə sektorunu əhatə edən yeni platformanın istifadəyə veriləcəyi açıqlanıb. Platforma vasitəsilə istifadəçilər həftə sonu planları qura, konsertlər və digər tədbirlər üçün bilet ala biləcəklər "Biz bütün bu ayrı-ayrı xidmətləri süni intellekt vasitəsilə vahid ekosistemdə birləşdirmək istəyirik. Məqsəd müştərilərə səyahət, otel, tədbir biletləri və hətta kredit imkanlarını bir platformada təmin etməkdir", - deyə Savaş əlavə edib O, həmçinin bildirib ki, ABB yaxın gələcəkdə elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır. Bank növbəti rübün sonuna kimi ABB Mobile proqramında təkcə aviabilet və tədbir biletlərini deyil, həmçinin müxtəlif məhsulları, o cümlədən smartfon və məişət texnikasını satmağı hədəfləyir "Süni intellekt istifadəçilərə düzgün məhsulu seçməyə də kömək edəcək", - ABB nümayəndəsi vurğulayıb

Kaynak: trend.az

Diğer Haberler