ABB Bank Sahibkarlar Gününü müştəriləri ilə birgə qeyd etdi!
Aprelin 25-də qeyd olunan Sahibkarlar Günü münasibətilə ABB Bank sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib İştirakçılara ABB Bankın biznes üçün nəzərdə tutulmuş yeni məhsul və xidmətləri haqqında ətraflı məlumat veri

Aprelin 25-də qeyd olunan Sahibkarlar Günü münasibətilə ABB Bank sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib İştirakçılara ABB Bankın biznes üçün nəzərdə tutulmuş yeni məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Həmçinin Bankın müxtəlif layihələri ilə bağlı maraqlı təqdimatlar edilib. Müştərilərə Bankın korporativ kartı, “Murabaha” İslam bankçılıq məhsulu, “Fayda Biznes” loyallıq proqramı, ticarət və təchizat zənciri platformaları, eləcə də Flydesk xidməti təqdim edilib Sahibkarları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Tədbirin sonunda onlayn müsabiqə keçirilib və 10 qalib mükafatlandırılıb. Görüş işgüzar şam yeməyi formatında davam edib Qeyd edək ki, 2016-cı ildən etibarən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, biznes ictimaiyyətinə dəstəyin gücləndirilməsinə, biznes mədəniyyətinin yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafında sahibkarların mühüm rolunun vurğulanmasına töhfə verir ABB Bank-ın müasir, faydalı və çoxşaxəli məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün Bankın filial və ofislərinə, https://abb-bank.az/ rəsmi internet saytına baş çəkə, 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə və ya Bankın rəsmi sosial media səhifələrini izləyə bilərsiniz


