Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır
Cənubi Qafqazda və daha geniş regionda davam edən geosiyasi dəyişikliklər fonunda Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji marşrutlarının strateji əhəmiyyətinin artdığı indiki mərhələdə üç ölkə arasında müntəz

Cənubi Qafqazda və daha geniş regionda davam edən geosiyasi dəyişikliklər fonunda Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji marşrutlarının strateji əhəmiyyətinin artdığı indiki mərhələdə üç ölkə arasında müntəzəm siyasi məsləhətləşmələr və koordinasiya regional sabitliyin qorunmasında mühüm rol oynayır Bu fikirləri AZƏRTAC-a açıqlamasında gürcü ekspert-analitik Giya Abaşidze bildirib Onun sözlərinə görə, İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü tərəflər arasında mövcud strateji tərəfdaşlığın növbəti təsdiqidir “Tərəflərin diqqət mərkəzində, ilk növbədə, Cənubi Qafqazda son illərdə formalaşan yeni reallıqlar, regionda gedən normallaşma prosesləri, əsas nəqliyyat və enerji marşrutları boyunca sabitliyin qorunması, regional təhlükəsizlik məsələləri və xarici risklərin qarşısının alınması dayanacaq. Bu gün Tbilisi, Bakı və Ankara arasında Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturuna əlavə beynəlxalq investisiyaların cəlb edilməsi və tranzit imkanlarının genişləndirilməsi ilə bağlı intensiv məsləhətləşmələr aparılır. Şübhəsiz ki, bu məsələlər xarici işlər nazirlərinin görüşündə də əsas müzakirə mövzularından biri olacaq”, – deyə Giya Abaşidze vurğulayıb Ekspert qeyd edib ki, Orta Dəhlizin inkişafı təkcə region ölkələrinin iqtisadi maraqlarına xidmət etmir, eyni zamanda, Avropa ilə Asiya arasında etibarlı və dayanıqlı bağlantıların formalaşmasına töhfə verir. “Enerji əməkdaşlığı da üçtərəfli formatın prioritet istiqamətlərindən biri olaraq qalır. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol getdikcə artır. Eyni zamanda, Xəzər regionundan yaşıl enerji və ekoloji təmiz elektrik enerjisinin ixracı ilə bağlı yeni layihələrin perspektivləri də tərəflərin diqqət mərkəzindədir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud əməkdaşlıq mexanizmləri regionda qarşılıqlı etimada əsaslanan daha dayanıqlı əməkdaşlıq arxitekturasının formalaşmasına xidmət edir. Bu formatlar praktik iqtisadi maraqlara, nəqliyyat bağlantılarının genişləndirilməsinə və enerji tərəfdaşlığının inkişafına əsaslanır. Birgə layihələrin uğurla həyata keçirilməsi uzunmüddətli sabitliyin möhkəmlənməsinə, regionun Şərqlə Qərb arasında əsas tranzit qovşaqlarından birinə çevrilməsinə və Cənubi Qafqazın beynəlxalq əhəmiyyətinin daha da artmasına şərait yaradacaq”, – deyə gürcü ekspert əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


