ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub
Azərbaycan İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib ASA-dan AZƏRTAC-a verilən məlumata görə, qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəali

Azərbaycan İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib ASA-dan AZƏRTAC-a verilən məlumata görə, qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Akademiyada yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu haqqında ətraflı məlumat verilib Görüşdə rektor Fuad Hacıyev ASA-nın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışaraq bildirib ki, Akademiya ABŞ-nin aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsində və uzunmüddətli tərəfdaşlıqların qurulmasında maraqlıdır Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb ASA ilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində öz fikirlərini bölüşüblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


