Aİ Rusiya neftinin qiymət tavanını 44 dollar səviyyəsində saxlamağı planlaşdırır - QHA - Krım Xəbər Agentliyi
Bildirilib ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya xam neftinin bir barelinin tavan qiymətinin təxminən 44 dollardan dəyişdirilməməsini iyulda keçiriləcək icmalda nəzərdən keçirir Böyük Britaniyada yerləşən “Reuters” xəbə

Bildirilib ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya xam neftinin bir barelinin tavan qiymətinin təxminən 44 dollardan dəyişdirilməməsini iyulda keçiriləcək icmalda nəzərdən keçirir Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyinin diplomatik mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Avropa Komissiyası həftə sonu Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə Rusiyaya qarşı hazırlanan 21-ci sanksiya paketinin mümkün elementlərindən biri kimi bu variantı gündəmə gətirib Birləşmiş Ştatlar istisna olmaqla, G7 ölkələri və onların müttəfiqləri Rusiya neftinin tavan qiymət mexanizmini daha effektiv etmək üçün ötən il bazar şərtlərinə uyğun olaraq qiyməti yeniləmək barədə razılığa gəliblər. Bu çərçivədə, tavan qiyməti əvvəlcə bir barel üçün 60 dollardan 47,60 dollara endirilib, daha sonra 2026-cı ilin yanvarında təxminən 44,10 dollara endirilib MƏQSƏD RUSTANIN GƏLİRLƏRİNİ MƏHDUD ETMEKDİR 2022-ci ilin sonunda qüvvəyə minən mexanizmin əsas məqsədinin qlobal neft bazarında şok effekti yaratmadan Rusiyanın enerji gəlirlərinin azaldılması olduğu açıqlanıb. Sistem çərçivəsində üçüncü ölkələr Rusiya neftini müəyyən edilmiş tavan qiymətindən aşağı qalmaq şərti ilə Qərb sığorta və nəqliyyat xidmətlərindən istifadə edərək ala bilərlər Diplomatik mənbələr bildiriblər ki, Aİ Komissiyası gələcək qiymət qiymətləndirmələrində heç bir halda tavan qiymətinin 60 dollar/bareldən yuxarı qaldırılmamasını tövsiyə etməyi nəzərdən keçirir. Bildirilib ki, bu yanaşma neft qiymətlərinin ilin qalan dövründə yüksək qalacağı gözləntisindən qaynaqlanır NEFTİN QİYMƏTLƏRİNİN QALAŞMASI MOSKVANI NƏFƏS ALMAĞA KÖMƏK EDİB Mənbələrin bildirdiyinə görə, Qərb ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək istəsələr də, qlobal enerji bazarlarında baş verən son hadisələr Moskvanın büdcə gəlirlərini qismən rahatlaşdırıb. Xüsusilə Hörmüz boğazında baş verən hadisələrdən sonra neftin qiymətinin qalxması Rusiyanın neft ixracından gələn gəlirləri artırıb Bazar ertəsi Brent markalı neftin bir barel qiyməti təxminən 93 dollardan satıldığı halda, analitiklər 2026-cı il üçün orta neft qiymətləri proqnozlarını fevral ayından bu yana təxminən 40 faiz artıraraq bir barel üçün təxminən 90 dollara çatdırıblar DƏNİZ XİDMƏTLƏRİNƏ QADAĞAN ALTERNATİF OLA BİLƏR Bildirilir ki, Aİ-nin nəzərdən keçirdiyi bu addım Rusiya neftinə dəniz xidmətlərinin tam miqyaslı qadağası təklifinə alternativ kompromis formulası ola bilər. Sözügedən qadağa qüvvəyə minərsə, mövcud tavan qiymət sistemi faktiki olaraq sona çatacaq Son sanksiyalar paketində Aİ ölkələri bu qadağanın hüquqi əsasını qəbul etsə də, həyata keçirilməsi üçün G7 ölkələri ilə daha çox koordinasiya tələb olunurdu Aİ Komissiyasının yaxın həftələrdə Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı rəsmi təklifini açıqlayacağı gözlənilir

