ABŞ Prezidenti İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib
ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib "Report" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib "Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edi

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib "Report" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib "Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin. Deyərdim ki, gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü saziş imzalanacaq", - deyə o əlavə edib Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu bildirib Bundan başqa, ABŞ Prezidenti ümid etdiyini bildirib ki, İsrail ilə İran arasında gərginlik Tehranla Vaşinqton arasında mümkün razılaşmanı pozmayacaq: "İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


