Tenqri
Ana Səhifə
Dünya

ABŞ-nin İranla bağlı qətnaməsi yaxın günlərdə BMT TŞ-də səsverməyə çıxarılacaq

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ, Bəhreyn və Körfəz tərəfdaşları — Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərlə birlikdə Hörmüz boğazında naviqasiya azadlığını qorumaq məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi hazırlayıb AZƏRTAC-ın Dövlət Departament

0 baxışazertag.az
ABŞ-nin İranla bağlı qətnaməsi yaxın günlərdə BMT TŞ-də səsverməyə çıxarılacaq
Paylaş:

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ, Bəhreyn və Körfəz tərəfdaşları — Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərlə birlikdə Hörmüz boğazında naviqasiya azadlığını qorumaq məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi hazırlayıb AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, sənəd İrandan hücumları dayandırmağı, dəniz minalarının yerləşdirilməsinə son qoymağı və bu fəaliyyətlərlə bağlı əməliyyatları dayandırmağı tələb edir Həmçinin qətnamə layihəsində İranın dəniz minalarının sayı və yerləşdiyi ərazilər barədə məlumat verməsi, onların aradan qaldırılması istiqamətində əməkdaşlıq etməsi və eyni zamanda humanitar dəhlizin yaradılmasını dəstəkləməsi öhdəliyi yer alır Qeyd olunur ki, ABŞ bu qətnamənin yaxın günlərdə səsverməyə çıxarılacağını və Təhlükəsizlik Şurası üzvləri ilə yanaşı, geniş həmmüəlliflər tərəfindən dəstəklənəcəyini gözləyir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler