ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub
ABŞ Silahlı Qüvvələrinin Oman körfəzində ticarət gəmisinə endirdiyi zərbə nəticəsində iki hindistanlı dənizçi həlak olub, bir nəfər isə itkin düşüb AZƏRTAC xəbər verir ki, hücum zamanı Palau bayrağı altında üzən “Settebello” tankerinin göyərtəsində 24 hindistanlı dənizçi olub. Hadisədən sonra gəmin

ABŞ Silahlı Qüvvələrinin Oman körfəzində ticarət gəmisinə endirdiyi zərbə nəticəsində iki hindistanlı dənizçi həlak olub, bir nəfər isə itkin düşüb AZƏRTAC xəbər verir ki, hücum zamanı Palau bayrağı altında üzən “Settebello” tankerinin göyərtəsində 24 hindistanlı dənizçi olub. Hadisədən sonra gəminin 21 ekipaj üzvü Oman Hərbi Dəniz Qüvvələrinin köməyi ilə xilas edilib ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, gəmi heyəti Amerika hərbçilərinin göstərişlərinə məhəl qoymayıb Hindistan hökuməti hadisə ilə əlaqədar ABŞ-nin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib və Yaxın Şərqdə ticarət gəmilərinə qarşı hücumların dayandırılmasına, beynəlxalq dəniz yollarında sərbəst gəmiçiliyin bərpasına çağırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


