Tenqri
Ana Səhifə
Dünya

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib “Neft qiymətlərinin niyə gözlənildiyi qədər artmamasının isə bir çox səbəbi var. ABŞ strateji neft ehtiyatlarından 30 ölkə ilə koordinasiyalı

0 baxışazertag.az
ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb
Paylaş:

Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib “Neft qiymətlərinin niyə gözlənildiyi qədər artmamasının isə bir çox səbəbi var. ABŞ strateji neft ehtiyatlarından 30 ölkə ilə koordinasiyalı şəkildə bazara neft verir. ABŞ öz ehtiyatlarından neft satmır, əksinə barter metodundan istifadə edir. Bazarı strateji ehtiyatlardan təmin etməklə yanaşı, ABŞ-də və digər istehsalçı ölkələrdə neft hasilatı da artıb. Düşünürəm ki, enerji axınlarının normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq”, - deyə nazir bildirib Zərərin dərəcəsi nəzərə alınmaqla neft qiymətlərinin gözləniləndən aşağı qaldığı qiymətləndirməsi ilə razılaşan Kris Rayt deyib ki, ABŞ və Yaxın Şərq tərəfdaşlarının istehsal gücünü artırmaq siyasəti bazarları dəstəkləyib. O, Körfəz bölgəsinin neft və təbii qaz, eləcə də kükürd, helium, yağlar və digər vacib məhsullar ixrac etdiyini deyib: “Müasir iqtisadiyyatın nə qədər davamlı olduğunu gördük, bu şokları heç bir təsir olmadan deyil, gözləniləndən daha məhdud təsirlə qəbul etdi. Gələcək illər üçün çox parlaq, yaxşı təchiz olunmuş enerji gələcəyi görürük” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler