Tenqri
Ana Səhifə
Dünya

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

ABŞ-nin Avropa İttifaqındakı (Aİ) səfiri Endryu Pazder Ağ Evin rəhbərinin Qrenlandiya ilə bağlı açıqlamalarına önəm verməməyə çağırıb AZƏRTAC xəbər verir ki, Endryu Pazder Brüsseldə keçirilən iqtisadiyyat və təhlükəsizlik konfransında çıxışı zamanı bu bəyanatları “kapuçino köpüyü” ilə müqayisə edib

0 baxışazertag.az
ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb
Paylaş:

ABŞ-nin Avropa İttifaqındakı (Aİ) səfiri Endryu Pazder Ağ Evin rəhbərinin Qrenlandiya ilə bağlı açıqlamalarına önəm verməməyə çağırıb AZƏRTAC xəbər verir ki, Endryu Pazder Brüsseldə keçirilən iqtisadiyyat və təhlükəsizlik konfransında çıxışı zamanı bu bəyanatları “kapuçino köpüyü” ilə müqayisə edib. Onun sözlərinə görə, Vaşinqton heç vaxt Qrenlandiyaya müdaxilə etmək niyyətində olmayıb və bəyanatlar yanlış şəkildə ərazi bütövlüyünə təhdid kimi qəbul olunub. Diplomat əsas diqqətin ritorikaya deyil, məsələnin mahiyyətinə yönəldilməli olduğunu bildirib Xatırladaq ki, yanvar ayında Donald Tramp milli təhlükəsizliyin təmin edilməsi üçün Qrenlandiyanın onlara lazım olduğunu bəyan edib. Bəyanat ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərdə gərginliyə səbəb olub. ABŞ Dövlət katibi Marko Rubio isə iyunun 4-də Konqresdə çıxışı zamanı Qrenlandiyanın Danimarkanın tərkibində olduğunu təsdiqləyib və fasilə verərək “hələ ki” ifadəsini işlədib. Bu remarka Avropa mediasında yeni müzakirələrə yol açıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler