Tenqri
Ana Səhifə
Dünya

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün təqdim etdiyi qırıcı təyyarələrin sayını üçdəbirədək azaltmağı, digər təyyarə və gəmilərin bir hissəsini isə geri qaytarmağı planlaşdırır AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə əldə etdiyi sənədlərə istinadla məlumat yayıb. Məlumata

0 baxışazertag.az
ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır
Paylaş:

ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün təqdim etdiyi qırıcı təyyarələrin sayını üçdəbirədək azaltmağı, digər təyyarə və gəmilərin bir hissəsini isə geri qaytarmağı planlaşdırır AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə əldə etdiyi sənədlərə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ F-16 və F-15E qırıcılarının sayını 150 ədəddən 100 ədədə endirmək istəyir. Bundan əlavə, Vaşinqton dəniz kəşfiyyat təyyarələrinin bir hissəsini geri çəkmək və onların sayını 26-dan 15-ə endirmək niyyətindədir. ABŞ, həmçinin səkkiz yanacaqdoldurma təyyarəsinin hamısını bölgədən çıxarmağı planlaşdırır. Pentaqon sualtı qayıqlardan birinin və aviadaşıyıcı qrupun, yəni onlarla qırıcı təyyarə və gəminin dislokasiya yerini də dəyişəcək Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp “The Daily Telegraph” qəzetinə müsahibəsində Birləşmiş Ştatların NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünü bildirib. O, alyansı İranla müharibədə Vaşinqtonu dəstəkləməməkdə ittiham edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler