ABŞ kəşfiyyatı bu məlumatı Trampa çatdırdı: İran heç nəyə əməl etməyəcək
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ prezidenti Donald Trampa İranın əldə edilən razılaşmalara baxmayaraq, vəd edilmiş nüvə güzəştlərinə getməyəcəyi barədə məlumat verib Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazıb Onların sözlərinə görə

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ prezidenti Donald Trampa İranın əldə edilən razılaşmalara baxmayaraq, vəd edilmiş nüvə güzəştlərinə getməyəcəyi barədə məlumat verib Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazıb Onların sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Trampa və digər yüksək vəzifəli administrasiya rəsmilərinə bildirib ki, Amerika kəşfiyyat agentlikləri tərəfindən toplanan məlumatlar Tehranın ABŞ-ın yekun razılaşma çərçivəsində əldə etmək istədiyi nüvə proqramı üzrə öhdəlikləri yerinə yetirməyə hazırlığına dair ciddi şübhələr yaradır Mənbələrdən biri bildirib ki, "Kəşfiyyat məlumatları göstərir ki, İranın niyyətləri müqavilə çərçivəsində götürdüyü öhdəliklərlə uyğun deyil" O əlavə edib ki, ötən bazar günü memorandumun yekun təsdiq elanından əvvəlki görüşlər zamanı Tramp və komandası bir neçə ABŞ kəşfiyyat agentliyi tərəfindən toplanan məlumatları müzakirə ediblər. Bu məlumatlar göstərir ki, İran rəsmiləri sazişi öz aralarında müzakirə ediblər və ABŞ-a dedikləri ilə üst-üstə düşməyib Mənbələr qeyd edib ki, bu daxili müzakirələr zamanı Dövlət Katibi Marko Rubio və Müdafiə Naziri Pit Heqset narahatlıqlarını ifadə ediblər və anlaşma memorandumunu şübhə altına alıblar, vitse-prezident Ciy De Vens və prezidentin elçiləri Stiv Uitkoffla Cared Kuşner isə onun qəbul edilməsini müdafiə ediblər Bildirilir ki, Vens, Uitkoff və Kuşner cümə günü İran Parlamentinin sədri Məhəmməd-Bağer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək anlaşma memorandumuna uyğun olaraq razılaşdırılmalı olan sülh sazişinin hazırlanmasında növbəti addımları müzakirə etməyi planlaşdırırlar ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı Qəzaya uğrayan təyyarədə kimlər olub? ABŞ İrana bu məsələdə kömək edəcək - Vens ABŞ-ın B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğradı: 8 nəfər öldü - Yeniləndi Tramp Cenevrədədir - G7 sammiti üçün Tramp Makrona ultimatum verdi: Paris bunu etməsə Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir Hidayət Orucovun cənazəsi Bakıya gətirildi Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək


