ABŞ İrana qarşı hücuma hazırlaşır - Trampdan müharibə açıqlaması
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt hərbi addımlar və enerji infrastrukturu ilə bağlı iddialar səsləndirib Modern.az xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşım edərək ABŞ-nin yaxın saatlarda və ya gecə saatlarında İrana “çox sərt zərbələr” endirəcəyini iddia edib O, İranın

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt hərbi addımlar və enerji infrastrukturu ilə bağlı iddialar səsləndirib Modern.az xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşım edərək ABŞ-nin yaxın saatlarda və ya gecə saatlarında İrana “çox sərt zərbələr” endirəcəyini iddia edib O, İranın donanması, Hərbi Hava Qüvvələri, radar sistemləri, zenit müdafiə vasitələri və digər hərbi imkanlarının “zərərsizləşdirildiyini” bildirib Tramp, həmçinin Xarq adası və digər neft infrastruktur obyektlərinin ələ keçirilməsi ehtimalından danışıb və ABŞ-nin neft-qaz bazarlarında daha geniş nəzarət imkanları əldə edə biləcəyini qeyd edib. O, bu prosesin həm Venesuela, həm də ABŞ üçün “müsbət nəticələr verəcəyini” iddia edib Qeyd edək ki, bu açıqlamalar Trampın sosial şəbəkə paylaşımında yer alıb və rəsmi təsdiqini tapmayıb


