ABŞ-İran razılaşması – geriyə görünüşü görünməyən yol - ŞƏRH
İsveçrənin Cenevrə şəhərində iyunun 19-da ABŞ və İran arasında anlaşma memorandumunun rəsmi imzalanma mərasiminin keçirilməsi planlaşdırılır. Sənədin tam mətninin də həmin gün ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanacağı gözlənilir Artıq bir sıra mətbuat orqanları, xüsusən İran KİV-i 14 madd

İsveçrənin Cenevrə şəhərində iyunun 19-da ABŞ və İran arasında anlaşma memorandumunun rəsmi imzalanma mərasiminin keçirilməsi planlaşdırılır. Sənədin tam mətninin də həmin gün ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanacağı gözlənilir Artıq bir sıra mətbuat orqanları, xüsusən İran KİV-i 14 maddəlik saziş layihəsi barədə məlumat yayıblar. Layihədə aşağıdakı bəndlər nəzərdə tutulub Livan da daxil olmaqla bütün istiqamətlərdə döyüş əməliyyatlarının daimi və dərhal dayandırılması; ABŞ İranın daxili işlərinə müdaxilə etməməyi və İranın suverenliyinə hörmət etməyi öhdəsinə götürür; 30 gün ərzində dənizlərdə blokadanın tam aradan qaldırılması; ABŞ öz qoşunlarını İranın ətrafındakı bölgələrdən çıxarmağı öhdəsinə götürür; İranın razılığı ilə 30 gün ərzində Hörmüz boğazının fəaliyyətinin bərpası; Neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına tətbiq edilən sanksiyaların dayandırılması və İranın öz maliyyə aktivlərinə tam çıxışı; ABŞ və onun müttəfiqləri tərəfindən ən azı 300 milyard dollar məbləğində İranın bərpa planlarının təqdim edilməsi; Nüvə məsələləri üzrə yekun sazişə nail olmaq, ABŞ-nin ilkin, ikinci dərəcəli sanksiyalarının, habelə BMT Təhlükəsizlik Şurasının və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarəedici Şurasının qətnamələrinin tam ləğvi üçün 60 gün ərzində danışıqların aparılması; İran Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə (NSYM) sadiqliyini təsdiq edir və nüvə silahı istehsal etməməyi öhdəsinə götürür; ABŞ regionda öz qoşunlarının sayını artırmamağı və yeni sanksiyalar tətbiq etməməyi öhdəsinə götürür; Yekun danışıqların 60 günlük müddəti ərzində bloklanmış 24 milyard dollar İran vəsaitlərinin blokadadan çıxarılması; Sazişin həyata keçirilməsi üçün monitorinq mexanizminin yaradılması; Və sonda yekun saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək Bildilib ki, İranın dondurulmuş vəsaitlərinin yarısı blokadadan çıxarılmadıqca, İran neftinə qarşı sanksiyalar dayandırılmadıqca və dəniz blokadası aradan qaldırılmadıqca yekun danışıqlar başlamayacaq. Yekun saziş yalnız zənginləşdirilmiş materialların və uranın zənginləşdirilməsinin taleyi, sanksiyaların aradan qaldırılması və İranın iqtisadi bərpa proqramı məsələləri üzrə əldə ediləcək. İranın raket proqramı və müqavimət qruplarına dəstəyin müzakirəsi gündəlikdən tamamilə çıxarılıb Bu müddəaların daha çox İran üçün sərfəli olduğu görünən qədərdir. Odur yayılmış layihənin reallığı tam əks etdirdiyi inandırıcı görünmür. Bununla belə Hörmüz boğazının açılması bu razılaşmanın nəticəsidir Məlumata görə, ABŞ-nin Körfəz blokadasını aradan qaldırmasından sonra İranın üçü neft tankeri, ikisi isə zəruri mallar daşıyan olmaqla beş gəmisi Hörmüz boğazından keçib Heç şübhəsiz bu razılaşmada İsrailin mövqeyi də vacib sayılır. Cey Di Vens gələcəkdə İsrailin də ABŞ ilə İran arasında formalaşan razılaşmaya qoşulacağını bəyan edib. Onun sözlərinə görə, bu razılaşma İsraili və bütün regionu daha təhlükəsiz edəcək: "Bu sövdələşmə ətrafında həm İran, həm də İsrail mediasında çoxlu sayda miqdarda dezinformasiya müşahidə edirəm" Vitse-prezident bu sənədin mahiyyətini İsrail xalqı qəbul etdikdən sonra onu yeni Yaxın Şərqdə sülhə və firavanlığa aparan yol kimi görəcək İsrailin baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasındakı sövdələşmə elan edildikdən sonra mətbuata ilk açıqlamasında bildirib ki, ABŞ ilə İran arasındakı razılaşma İslam Respublikasının nüvə proqramı ilə bağlı İsrailin mövqeyini dəyişdirməyəcək. O, bunun həyatının missiyası olduğunu qeyd edib. Baş nazirin dediyinə əsasən, razılaşmanın olub, olmasına baxmayaraq, İranın nüvə silahı olmayacaq ABŞ rəsmiləri İrana və onun tərəfdarlarına qarşı apardıqları mübarizəni əsasən, İsrailin təhlükəsizliyi ilə əlaqələndirirlər. Çünki bu qarşıdurmadan region ölkələrinə siyasi, iqtisadi, mənəvi, hərbi cəhətdən zərbə vurub. Yaxın Şərqdə ABŞ tərəfdarları olan ölkələrin müdafiə qabiliyyətini də sınağa çəkib Vaşinqtonla Tehran arasında gərginliyin aradan qalxmasına rəsmi Ankara da töhfəsini verib. Donald Tramp bu istiqamətdə fəaliyyətinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Ölkənin xarici işlər naziri Hakan Fidan müharibənin sona çatdırılması məqsədilə əldə edilən razılaşmanı məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb. O, danışıqların konstruktiv yanaşma ilə davam edəcəyinə ümidvar olduqlarını da söyləyib: "Türkiyə olaraq, bölgəmizdə sülh, əmin-amanlıq və sabitliyin mövcudluğuna yönəli dəstəyimiz fasiləsiz davam edəcək" Yaxın Şərqə qlobal miqyasda ziddiyyətlərin və maraqların toqquşduğu bölgə, nöqtə düyün nöqtəsidir. Bu baxımdan regiondakı istənilən dövlətin iştirakçısı olduğu münaqişə bölgədə təhlükəsizliyi təhdid edir. Belə vəziyyət isə qlobal miqyasda əməkdaşlığa mənfi təsir göstərir 1979-ci ilin fevral inqilabından sonra İslam Respublikasının yürütdüyü xarici siyasət, qonşular və müsəlman dünyası ilə münasibəti regionda gərginlik mənbəyinə çevirmişdi. Düzdür, digər dövlətlərlə yanaşı İranda bölgə üzrə güc olaraq, ənənəvi mövqeyini qorumağa çalışıb. Ancaq bu davranış onun qonşu və müsəlman dövlətləri ilə münasibətinə zərbə vurub Son illər ABŞ-nin İrana qarşı sanksiyaları sərtləşdirməsi, HƏMAS, Bəşşar Əsəd rejimi, husilər, "Hizbullah"ın sıradan çıxması, zəiflədilməsi Vaşinqtonla Tehranın üz-üzə dayanması ilə nəticələndi Bu qarşıdurmada İran hakimiyyəti çətin sınaqla qarşılaşdı. Ölkə iqtisadiyyatı böhrana yuvarlandı. Neft sektorunda, habelə yanacaq emalında problemlərlə üzləşdi. Bir sıra hərbi sənaye kompleksləri, bazaları sıradan çıxarıldı. Atom-nüvə obyektlərinə ciddi ziyan dəydi. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, başqa siyasi, hərbi liderləri, atom fizikləri öldürüldü. İran cəmiyyətində inamsızlıq yarandı. Cəmiyyətin sosial, mədəni tələblərinə müxtəlif məzmunda qara yaxıldı və s Hər iki tərəfə silahlı qarşıdurmada milyardlar dollar məbləğində ziyan dəyib. Bununla bağlı müxtəlif rəqəmlər də mövcuddur İrana dəyən zərbələrlə bağlı siyahını uzatmaqda olar. Bütün bu hadisələr yekunda ABŞ ilə masa arxasında oturub, danışıqlar aparmaqla müşahidə edilir Tərəflər arasında qarşıdurma bir ildən sonra başladığı yerdə də başa çatdı. 2025-ci il iyunun 13-də İsrail ABŞ-nin dəstəyi ilə İrana qarşı hərb əməliyyatlara başlamışdı Elektron versiyada qəbul edilən razılaşmanı davamlı ola bilər? Bunun üçün tərəflər arasında etimad mühitinin yaranması vacib şərt sayılır. Cenevrədə imzalanmanın reallaşması üçün tərəflərin regional və qlobal maraqları da nəzərə alması əsas amillərdəndir. Əks halda, hər iki tərəf atdığı yanlış addım səbəbindən təklənə bilər. Bu məsələ tərəflərin bir-birinə doğru addım atmasına, etimad və etibarın yaranmasına təkan verər. İsveçrədə görüş uğurla yekunlaşarsa, növbəti görüşlər vasitəçisiz , birbaşa ABŞ və ya İranda da keçirilə biləcəyini ehtimal etməyə əsas verir. Bu, Vaşinqton və Tehranın münasibətlərinin, etimad mühitinin yaranmasının göstərici də sayılar. Çünki ABŞ və İran bir-biri ilə vasitəçisiz, qarşılıqlı olaraq ərazilərində danışıqlar apara bilməsələr o zaman başlanan proses yarımçıq qalar Belə bir vəziyyət isə tərəflərə, xüsusən perspektiv baxımdan Tehranın maraqlarını çətin təmin edər. Odur ki, İslam Respublikasına ölkədəki bütün istiqamətlərdə vəziyyətin normallaşması, böhranın aradan qalxması, ölkə cəmiyyətinin, bölgə dövlətlərinin etimadını da qazanmaq baxımından, ABŞ-yə isə milli maraqlarının və regional tərəfdaşlarının təhlükəsizliyini təmin etmək baxımından mühüm sayıla bilər. Ona görə də tərəflər üçün geriyə yol görünmür. Status-kvonun, gərginliyi qalması, hərbi əməliyyatların yenidən başlaması isə Tehranın və Vaşinqtonun maraqlarına uyğun görülmür Bununla da ABŞ-İran münasibətinin yenidən qurulacağı ehtimalını gündəliyə gəlir. Savaş bitdi, yaşasın diplomatiya, əməkdaşlıq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


