ABŞ Ebola epidemiyası ilə bağlı həyəcan təbili çaldı
Konqo Demokratik Respublikası (KDR) və Uqandada baş verən Ebola qızdırması epidemiyası tarixə ən böyük miqyaslı yoluxma kimi düşə bilər Publika.az xəbər verir ki, b barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hesabatında bildirilir Sənəddə xəstəliyin yayılma və ölüm göst

Konqo Demokratik Respublikası (KDR) və Uqandada baş verən Ebola qızdırması epidemiyası tarixə ən böyük miqyaslı yoluxma kimi düşə bilər Publika.az xəbər verir ki, b barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hesabatında bildirilir Sənəddə xəstəliyin yayılma və ölüm göstəricilərinə əsaslanan müxtəlif ssenarilər təhlil edilib. Məlumata görə, "Bundibuqio" ştammına yoluxanların təcrid olunması səviyyəsi 20% olarsa və heç bir səhiyyə tədbiri görülməzsə, üç ay ərzində yoluxma hallarının 20 mindən çox olması ehtimalı 65% təşkil edir. Əgər əhalinin 70%-ni təcrid etmək mümkün olarsa, yoluxanların sayı 10 mindən az olacaq, epidemiya riski isə 5%-ə düşəcək Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) KDR və Uqandada Ebola qızdırması ilə bağlı səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Yayılan "Bundibuqio" ştammına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil. Bu səbəbdən xəstələrin təcrid edilməsi, maye itkisinin bərpası və ağrıkəsici vasitələrin tətbiqini nəzərdə tutan palliativ tibbi yardım həyati əhəmiyyət kəsb edir Ebola halları KDR-in üç əyalətində və Uqandada təsdiqlənib. Səhiyyə nümayəndələri və humanitar təşkilatların əməkdaşları maska kimi zəruri tibbi ləvazimatların çatışmazlığından, həmçinin regionda kifayət qədər tibb işçisinin olmamasından şikayətlənirlər Ağcaqanad işğalı, qurbağa sürüləri... - Azərbaycanda apteklərdə sprey qıtlığı yarandı Azərbaycanda bütün ambulans parkları yenilənəcək Bu dərmanlar döş xərçəngi riskini azaldır 18 aptekdə nöqsan aşkarlandı Səhiyyə mərkəzinin əməkdaşı vəfat etdi - Foto Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı “Həmin gün kasıbçılıqdan çıxdıq” Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO Yayda Gədəbəyə dolu düşdü - VİDEO Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov


