ABŞ dünyada nifrət hədəfinə çevrilir: Trampa sarsıdıcı zərbə
Dünyanın ABŞ-a olan inamı və müsbət yanaşması Donald Trampın prezidentliyi dövründə ardıcıl ikinci ildir ki, kəskin şəkildə pisləşməkdə davam edir Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat Danimarkanın "Demokratiyalar Alyansı" Fondunun sifarişi ilə keçirilən illik demokratiy

Dünyanın ABŞ-a olan inamı və müsbət yanaşması Donald Trampın prezidentliyi dövründə ardıcıl ikinci ildir ki, kəskin şəkildə pisləşməkdə davam edir Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat Danimarkanın "Demokratiyalar Alyansı" Fondunun sifarişi ilə keçirilən illik demokratiya araşdırmasında yer alıb Sorğunun nəticələrinə görə, Vaşinqtonun apardığı xarici siyasət, tətbiq edilən ticarət rüsumları, NATO daxilində yaranan gərginlik və Trampın Qrenlandiyanı almaqla bağlı təhdidləri fonunda ABŞ-ın beynəlxalq nüfuzu ciddi şəkildə zədələnib. Respondentlər ABŞ-ı dünya sülhü üçün ən böyük təhlükə yaradan ölkələr siyahısına daxil ediblər. Maraqlıdır ki, araşdırmada ABŞ-a münasibətin hətta bir sıra digər iri dövlətlərdən də pis olduğu vurğulanıb "Demokratiyalar Alyansı"nın təsisçisi və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen mövzu ilə bağlı deyib: "Birləşmiş Ştatların dünyadakı nüfuzunun sürətlə aşağı düşməsi kədərli olsa da, şok effekti yaratmır" Rəqəmlər isə vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir: -100% ilə +100% arası şkala üzrə ABŞ-ın xalis qavrayış göstəricisi iki il ərzində +22%-dən -16%-ə düşüb. Müqayisə üçün qeyd edək ki, Çində bu göstərici +7% təşkil edir Qeyd edək ki, "Nira Data" tərəfindən martın 19-dan aprelin 21-nə qədər keçirilən sorğuda 98 ölkədən 94 mindən çox insan iştirak edib Rusiya dəqiq hesablamışdı: ABŞ-ın planı çökdü - Ağ Ev hələ nə baş verdiyini anlamır Məhkəmədən Trampa növbəti əngəl - “Səlahiyyət həddini aşıb” Tramp Avropa İttifaqına iyulun 4-nə kimi vaxt verdi Bağlı qapılar arxasında görüş - Braziliya lideri Trampdan nəyi xahiş edib? İlon Maskın başı dərddə - Araşdırma başladı ABŞ-a təxirəsalınmaz səfər - Umerov onunla görüşəcək Lopez hamamdan çılpaq paylaşım etdi: 56 yaşlı məşhur gözəllik sirrini açıqladı - VİDEO Buraxılış imtahanının nəticələri elan olundu Əli Əsədov əmr imzaladı Baş nazirdən yeni qərar Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili

