ABŞ-da yaşayan rəssam Dilbər İbrahimova həmyerlilərinə çağırış etdi - VİDEO
“ART FUTURUM” beynəlxalq incəsənət layihəsinin müəllifi, hazırda Amerikada yaşayan azərbaycanlı rəssam Dilbər İbrahimova Azərbaycan rəssamlarına müraciət edib Publika.az xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsi, multikultural dəyərləri və güclü yaradıcılıq ənənələri ilə seçilən ölkə olduğunu

“ART FUTURUM” beynəlxalq incəsənət layihəsinin müəllifi, hazırda Amerikada yaşayan azərbaycanlı rəssam Dilbər İbrahimova Azərbaycan rəssamlarına müraciət edib Publika.az xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsi, multikultural dəyərləri və güclü yaradıcılıq ənənələri ilə seçilən ölkə olduğunu deyən Dilbər İbrahimovanın sözlərinə görə, ölkəmizin istedadlı rəssamlarının gələcəyə dair baxışlarının beynəlxalq auditoriyaya təqdim olunması xüsusi əhəmiyyət daşıyır “Azərbaycan zəngin mədəni irsə, multikultural dəyərlərə və istedadlı sənətkarlara malik bir ölkədir. Məhz bu səbəbdən Azərbaycan rəssamlarını “ART FUTURUM” layihəsində fəal iştirak etməyə, öz əsərləri vasitəsilə gələcəyə dair baxışlarını və yaradıcılıq dünyalarını beynəlxalq auditoriya ilə bölüşməyə dəvət edirəm”, – deyə Dilbər İbrahimova vurğulayıb Qeyd edək ki, “ART FUTURUM” dünyanın müxtəlif ölkələrindən olan rəssamları bir araya gətirən beynəlxalq incəsənət təşəbbüsüdür. Layihənin məqsədi dünyanın gələcəyini sənətkarların gözü ilə təsəvvür etmək, fərqli baxışları və yaradıcı ideyaları qlobal platformada nümayiş etdirməkdir Layihə çərçivəsində seçilmiş əsərlər beynəlxalq nəşrdə toplanaraq ABŞ, İtaliya və Azərbaycanda təşkil olunacaq sərgilərdə nümayiş etdiriləcək. Bununla yanaşı, beynəlxalq ekspertlər tərəfindən ən yüksək qiymətləndirilən 10 əsərin müəllifləri xüsusi mükafatlarla təltif olunacaqlar Your browser doesn't support video. Please download the file: video/mp4 Cəfər Cabbarlının heykəli bərpa olundu - Foto Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI "Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı Xalq artisti vəfat etdi - Foto Türkmənistanda "Arşın mal alan" bədii filminin nümayişi oldu - Foto Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir "Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi Rasim İldırımzadə məhkəmə zalında həbs edildi Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir


