Tenqri
Ana Səhifə
Dünya

ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir?

ABŞ-da illərdir dolaşan qəribə sui-qəsd nəzəriyyəsi yenidən müzakirə mövzusuna çevrilib Publika.az xəbər verir ki, 130 ildən çox əvvəl yazılmış bir kitab internet istifadəçiləri arasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Tramp haqqında fantastik iddiaların yayılmasına səbəb olub Söhbət ame

0 baxışpublika.az
ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir?
Paylaş:

ABŞ-da illərdir dolaşan qəribə sui-qəsd nəzəriyyəsi yenidən müzakirə mövzusuna çevrilib Publika.az xəbər verir ki, 130 ildən çox əvvəl yazılmış bir kitab internet istifadəçiləri arasında ABŞ prezidenti Donald Trampın oğlu Barron Tramp haqqında fantastik iddiaların yayılmasına səbəb olub Söhbət amerikalı yazıçı Ingersoll Lokvudun1893-cü ildə yazdığı “Barron Trump's Marvelous Underground Journey” kitabından gedir Kitabda “Barron Tramp” adlı varlı aristokrat oğlan “Tramp qalasında” yaşayır və “Don” adlı sirli bələdçi ilə Rusiyaya səyahət edir. İnternet istifadəçiləri bu süjetlə Tramp ailəsi arasında “qəribə paralellər” taparaq Barron Trampın guya zaman səyahətçisi olduğu barədə nəzəriyyələr irəli sürüblər Bu iddialar o qədər geniş yayılıb ki, Lara Tramp hətta öz podkastında buna cavab vermək məcburiyyətində qalıb Lara Tramp əlavə edib ki, internetdə insanların bu nəzəriyyəni “tam ciddi şəkildə” müzakirə etməsi onu təəccübləndirir: “Mən Barronu 18 ildir tanıyıram. Onun böyüdüyünü görmüşəm. O, zaman səyahətçisi deyil.” Nəzəriyyənin tərəfdarları isə başqa “sübutlar” da gətirirlər. Onlar Trampın əmisi Con Trampın məşhur ixtiraçı Nikola Teslanın arxivlərinə çıxış əldə etdiyini xatırladırlar Bəzi konspirologiya tərəfdarları Teslanın guya “zaman texnologiyaları” üzərində işlədiyini iddia edir Müzakirələrdə rəssam Çarlz Dellşonun fantastik uçan aparat təsvirləri də gündəmə gətirilir. İddialara görə, həmin rəsmlərdə “TRAMP”, “45” və “47” rəqəmlərinə bənzər elementlər görünür. Bu rəqəmlər Donald Trampın prezidentlik nömrələrinə işarə kimi təqdim edilir Məqalədə həmçinin qeyd olunur ki, Stephen Hawking zaman səyahəti barədə skeptik mövqe sərgiləyib. O, 1994-cü ildə yazdığı kitabında belə demişdi: “Zaman səyahətinin mümkün olmamasının ən yaxşı sübutu odur ki, biz hələ gələcəkdən gəlmiş turist görməmişik.” Bununla belə, bəzi kvant fizikası nəzəriyyələri zaman səyahətinin nəzəri ehtimalını tam istisna etmir Lakin elmi ictimaiyyətin böyük hissəsi belə iddiaları fantastika və internet konspirologiyası kimi qiymətləndirir. (Musavat.com) İş həyatında ən sürətli yüksələn 4 bürc İtkin düşən hotel sahibinin cəsədi timsahın mədəsində tapıldı - FOTO/VİDEO Kəndlərdə doludur: qramı 100 manata satılır Şok: Demensiyalı yaşlıların əlində trilyonlar var - Sistem təhlükə siqnalı verdi Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə Bu, dünyanın ən ucuz metalı imiş ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: 4 nəfər yaralandı - Yeniləndi Azərbaycanda ilk dəfə: bu yolu saatda 130 kilometr sürətlə getmək mümkündür Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək

Kaynak: publika.az

Diğer Haberler