ABŞ-da B-52 bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub - YENİLƏNİB
ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub APA xəbər verir ki, bu barədə Edvards aviabazasının "X" hesabında məlumat verilib Məlumata görə, B-52 bombardma

ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub APA xəbər verir ki, bu barədə Edvards aviabazasının "X" hesabında məlumat verilib Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib Qəzanın səbəbləri araşdırılır *** 23:23 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb "FOX21 News Colorado" xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib. Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir


