ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
May ayında ABŞ-də elektrik enerjisi istehsalında Günəş enerjisi kömürdən daha çox enerji istehsal edib. Bu, bərpaolunan enerjinin ilk dəfə qazıntı yanacaqlarını üstələməsi deməkdir AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Ember” təşkilatının hesabatında deyilir Bildirilir ki, öt

May ayında ABŞ-də elektrik enerjisi istehsalında Günəş enerjisi kömürdən daha çox enerji istehsal edib. Bu, bərpaolunan enerjinin ilk dəfə qazıntı yanacaqlarını üstələməsi deməkdir AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Ember” təşkilatının hesabatında deyilir Bildirilir ki, ötən ay ABŞ-nin elektrik enerjisinə olan tələbatının 12,8 faizi Günəş enerjisi ilə ödənilib, kömürün payı isə 12,2 faiz olub “Bu, ABŞ-nin enerji sistemində struktur dəyişikliyidir. Şirkətlər daha tez və çox enerjiyə ehtiyac duyurlar və onlar Günəş enerjisini ucuz, əlverişli və tez yerləşdirilə bilən bir resurs kimi görürlər”, - deyə “Ember”in baş analitiki Nikolas Fulgum qeyd edib May ayında Birləşmiş Ştatlarda Günəş enerjisi istehsalı illik müqayisədə 17 faiz artıb, kömürdən enerji istehsalı isə 11 faiz azalıb. Buna baxmayaraq, ABŞ hələ də qazıntı yanacaqlarından asılı olaraq qalır “Ember”ə görə, təbii qaz may ayında elektrik enerjisi istehsalının dominant mənbəyi olaraq qalıb və payı 37 faiz təşkil edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


