ABŞ-də Atatürkün yaxından portretini çəkmiş azərbaycanlı rəssama həsr edilmiş kitabın təqdimatı olub
Türklərin ABŞ-dəki ən böyük diaspor təşkilatlarından biri olan ATA-DC və Mədəni Diplomatiya və İnkişaf Fondu “Danışan Rənglər: İbrahim Safi” adlı sənədli filmin nümayişini və eyni adlı kitab təqdimatını keçirib AZƏRTAC-ın məlumatına görə, mərasim Türkiyədə yaşamış və yaxından Türkiyənin ulu öndəri

Türklərin ABŞ-dəki ən böyük diaspor təşkilatlarından biri olan ATA-DC və Mədəni Diplomatiya və İnkişaf Fondu “Danışan Rənglər: İbrahim Safi” adlı sənədli filmin nümayişini və eyni adlı kitab təqdimatını keçirib AZƏRTAC-ın məlumatına görə, mərasim Türkiyədə yaşamış və yaxından Türkiyənin ulu öndəri Atatürkün portretini çəkmiş azərbaycanlı rəssam İbrahim Səfiyə həsr olunub ATA-DC-nin prezidenti Sevtap Şrefler tədbiri açaraq bu kimi tədbirlərin iki ölkə arasında dostluq və dayanışmanın möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd edib Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iki ölkənin hər zaman tək savaşda deyil, mədəniyyətdə, musiqidə və hətta duyğularda bir olduğunu deyib. O bildirib ki, Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı aydınlar hər zaman iki xalqın bir olması üçün əllərindən gələni əsirgəməyiblər. Səfirin sözlərinə görə, İbrahim Şəfi Türkiyədə savaşda iştirak etdikdən sonra iki ölkə arasında mədəniyyət bağlarının da möhkəmlənməsi üçün fəaliyyət göstərib Türkiyə səfirliyinin və Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiləri də tədbirdə çıxış edib, təşkilatçılara dəstəklərini ifadə ediblər Tədbirin təşəbbüskarlarından və təşkilatçılarından biri olan siyasi analitik, jurnalist Zaur Bayramlı İbrahim Şəfinin Türkiyəyə getməsi, orada müharibədə iştirak etməsi və daha sonra Atatürkün portretini çəkmək üçün seçilməs barədə danışıb. O, İbrahim Səfinin türk dünyasının mədəni yaddaşına verdiyi töhfələri qeyd edib və ortaq mədəni irsin qorunmasının və təşviq edilməsinin vacibliyini vurğulayıb Mədəni Diplomatiya və İnkişaf Fondunun təsisçisi və icraçı direktoru Leyla Məmmədli türk dünyasında birlik, dialoq və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın əhəmiyyəti barədə çıxış edib. O, incəsənətin və mədəni irsin millətlər arasında körpülərin qurulmasında və qarşılıqlı anlaşmanın təşviq edilməsindəki rolunu vurğulayıb Filmin və kitabın müəllifi Jalə Cəfərova çıxışında İbrahim Şəfi yaradıcılığı ilk tanışlığı, onu dünyaya tanıtmaq istiqamətində fəaliyyəti və kitabın və filmin ərsəyə gəlməsi prosesi barədə danışıb. O, İbrahim Səfinin irsinin gələcək nəsillər üçün qorunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb Proqramda 20 dəqiqəlik “Danışan Rənglər: İbrahim Səfi” sənədli filminin nümayişi, ardınca kitab təqdimatı baş tutub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


