ABŞ bir il ərzində 13 yeni nəsil nüvə reaktorunu işə salmağı planlaşdırır
ABŞ yaxın bir il ərzində təxminən 13 yeni nəsil nüvə reaktorunu istismara verməyi planlaşdırır APA xəbər verir ki bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtondakı Atlantik Şurasının təşkil etdiyi enerji forumunda çıxışı zamanı bildirib “Beş gün əvvəl yeni nəsil nüvə reaktorlarımızdan bir

ABŞ yaxın bir il ərzində təxminən 13 yeni nəsil nüvə reaktorunu istismara verməyi planlaşdırır APA xəbər verir ki bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtondakı Atlantik Şurasının təşkil etdiyi enerji forumunda çıxışı zamanı bildirib “Beş gün əvvəl yeni nəsil nüvə reaktorlarımızdan biri kritik mərhələyə çatdı. Hesab edirik ki, iyulun 4-dək daha iki belə reaktor istifadəyə veriləcək. Bundan əlavə, növbəti 12 ay ərzində işə salınması nəzərdə tutulan daha 10 layihə üzərində iş gedir”, - deyə Rayt bildirib Nazir vurğulayıb ki, ABŞ yeni nəsil nüvə texnologiyalarını inkişaf etdirməyə və iri nüvə reaktorlarının tikintisi üçün potensial yaratmağa davam edəcək


