Tenqri
Ana Səhifə
Dünya

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

1990–2022-ci illər ərzində Azərbaycan ümumi metan emissiyalarını 12,5 faiz azaltmağa nail olub. 2021-ci ildən bəri ümumi daxili məhsulun orta illik artımı 3,7 faiz olmasına baxmayaraq, metan emissiyalarının payı təxminən 38 faiz səviyyəsində sabit qalıb AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təb

0 baxışazertag.az
Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir
Paylaş:

1990–2022-ci illər ərzində Azərbaycan ümumi metan emissiyalarını 12,5 faiz azaltmağa nail olub. 2021-ci ildən bəri ümumi daxili məhsulun orta illik artımı 3,7 faiz olmasına baxmayaraq, metan emissiyalarının payı təxminən 38 faiz səviyyəsində sabit qalıb AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda təşkil edilən Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə "Metanın azaldılması üzrə birgə fəaliyyət: Kənd təsərrüfatı, enerji və tullantılar üzrə həllər" mövzusunda keçirilən yan tədbirdə deyib Onun sözlərinə görə, COP29 Sədrliyi dövründə Azərbaycan qlobal iqlim fəaliyyətini dəstəkləmək məqsədilə 14 iqlim təşəbbüsü irəli sürüb. Onlardan biri də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanmış "Bakı Harmoniya İqlim Təşəbbüsü"dür. Bu təşəbbüs fermerlərə davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqində dəstək göstərir " Azərbaycan beynəlxalq qabaqcıl təcrübələrə və qlobal iqlim məqsədlərinə uyğun olaraq neft-qaz sektorunda metan emissiyalarının monitorinqini və azaldılması tədbirlərini gücləndirir. Azərbaycanın regionun yaşıl enerji mərkəzinə çevrilmək vizyonu davamlı inkişaf sahəsində daha geniş öhdəliyimizin ayrılmaz hissəsidir. Günəş və külək enerjisinə yatırılan investisiyalar, infrastrukturun modernləşdirilməsi və emissiyaların azaldılması tədbirləri daha təmiz və dayanıqlı gələcəyin qurulmasına xidmət edir Vurğulamaq vacibdir ki, metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir. Bu tədbirlər səmərəliliyi artırır, enerji itkilərini azaldır, havanın keyfiyyətini yaxşılaşdırır və uzunmüddətli iqtisadi dayanıqlılığı dəstəkləyir. Atmosferə buraxılacaq metanı azaltmaq, tutmaq və yenidən istifadə etməklə biz ekoloji problemi iqtisadi imkana çevirə bilərik Ümumdünya Ətraf Mühit Gününü qeyd etdiyimiz bu gündə bir daha xatırlamalıyıq ki, ətraf mühitin qorunması hamımızın ortaq məsuliyyətidir. Hökumətlər, biznes qurumları, alimlər, vətəndaş cəmiyyəti və vətəndaşlar davamlı həllərin təşviqində və planetimizin qorunmasında mühüm rol oynayır. Birlikdə əməkdaşlıq, innovasiya və qətiyyət sayəsində metan emissiyalarını azalda, iqlim fəaliyyətini sürətləndirə, daha sağlam və dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik", - deyə Ağakərim Səmədzadə vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler