Tenqri
Ana Səhifə
Dünya

Ağ Evdə İranla bağlı razılığa gələ bilmirlər

ABŞ Prezidentin Administrasiyasında İrana münasibətdə gələcək addımlarla bağlı ciddi fikir ayrılıqları mövcuddur Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məmurların bir qismi, o cümlədən Pentaqon nümayəndələri daha aqressiv yanaşmanın tərəfdarıdırlar Digərləri isə əksinə, diplomatik kursun

0 baxışmodern.az
Ağ Evdə İranla bağlı razılığa gələ bilmirlər
Paylaş:

ABŞ Prezidentin Administrasiyasında İrana münasibətdə gələcək addımlarla bağlı ciddi fikir ayrılıqları mövcuddur Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məmurların bir qismi, o cümlədən Pentaqon nümayəndələri daha aqressiv yanaşmanın tərəfdarıdırlar Digərləri isə əksinə, diplomatik kursun davam etdirilməsində israrlıdırlar Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son həftələrdə birbaşa danışıqların və iqtisadi təzyiqin vəhdətinin İranı razılaşmaya sövq edəcəyinə ümid edərək məhz diplomatik varianta meyllənib. Lakin apreldə atəşkəs elan olunandan bəri Tehran öz mövqeyini demək olar ki, dəyişməyib Mənbələr bildiriblər ki, İranın öz sərt mövqeyini yumşaltmaq istəməməsi səbəbindən Tramp getdikcə səbirsizləşir. Neft və qaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan Hörmüz boğazının bağlı qalması, eləcə də İran rəhbərliyi daxilində danışıqları çətinləşdirən fikir ayrılıqları onu xüsusilə qıcıqlandırır "Aralıq seçkilərin yaxınlaşması fonunda Donald Trampın ətrafında münaqişədən mümkün qədər tez çıxış yolu tapmaqla bağlı narahatlıq artır. Amerikalıların qiymət artımı ilə bağlı təzyiq hiss etməsi səbəbindən müharibə prezidentin reytinqlərinə mənfi təsir göstərib", - telekanal qeyd edib CNN həmçinin vurğulayıb ki, ABŞ-nin iri biznes nümayəndələri də Yaxın Şərqdəki münaqişənin tezliklə nizamlanmasını tələb edərək Ağ Evə fəal şəkildə təzyiq göstərirlər

Kaynak: modern.az

Diğer Haberler