Ağ Ev Uitkoff və Kuşnerin Pakistana səfər edəcəyini təsdiqləyib - YENİLƏNİB
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlar "Report" xəbər verir ki, bu barədə cümə günü Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt mətbuat nümayəndələri ilə söhbəti zamanı bildirib "

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlar "Report" xəbər verir ki, bu barədə cümə günü Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt mətbuat nümayəndələri ilə söhbəti zamanı bildirib "Uitkoff və Cared iranlıların mövqeyini dinləmək üçün sabah Pakistana yola düşəcəklər", - o bildirib Onun sözlərinə görə, Ağ Evdə bu görüşün müsbət irəliləyişlərə səbəb olacağına ümid edirlər ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və müşaviri Cared Kuşneri bu həftəsonu İranla keçiriləcək danışıqlarda iştirak etmək üçün Pakistana göndərir "Report" xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən məlumat yayıb Onların məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens görüşə qoşulmayacaq, çünki İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf orada iştirak etməyəcək. Ağ Evdə Qalibaf İran nümayəndə heyətinin rəhbəri və Vens üçün müvafiq səviyyəli danışıqçı kimi nəzərdən keçirilir Eyni zamanda, vitse-prezident danışıqlar uğurla inkişaf edəcəyi təqdirdə onlara qoşulmağa və İslamabada yollanmağa hazırdır. Bununla yanaşı, onun komandasının nümayəndələri artıq Pakistandadırlar və danışıqlar prosesində iştirak edirlər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


.webp&w=2048&q=70)