Ağ Ev Öməri DÇ-yə niyə buraxmadığını açıqladı: Pis insanlarla…
Ağ Ev Somalidən olan hakim Ömər Artanın 2026-cı il Dünya Kuboku üçün ABŞ-a buraxılmasının səbəbini izah edib Publika.az xəbər verir ki, Ağ Evin 2026-cı il Dünya Kuboku üzrə işçi qrupunun rəhbəri Endryu Culiani ABŞ Gömrük və Sərhəd Mühafizəsinin Afrikanın ən yaxşı hakiminin ölkəyə girişinə icazə ver

Ağ Ev Somalidən olan hakim Ömər Artanın 2026-cı il Dünya Kuboku üçün ABŞ-a buraxılmasının səbəbini izah edib Publika.az xəbər verir ki, Ağ Evin 2026-cı il Dünya Kuboku üzrə işçi qrupunun rəhbəri Endryu Culiani ABŞ Gömrük və Sərhəd Mühafizəsinin Afrikanın ən yaxşı hakiminin ölkəyə girişinə icazə verməmək qərarını dəstəklədiyini bildirib “Danışa bilməyəcəyimiz bəzi şeylər var. Deyə biləcəyim odur ki, o, bu turnirdə ölkəyə girişi qadağan edilən yeganə hakim və yeganə qeyri-İran rəsmisidir O, bu yaxınlarda ABŞ ərazisindəki hərəkətləri ilə bağlı pis insanlarla əlaqə saxlayıb. Bununla kifayətlənəcəyəm. Gömrük və Sərhəd Mühafizəsinin dediklərinə qayıdıram. Öz tərəfimdən deyə bilərəm ki, bu, tamamilə düzgün qərar idi və mən onu dəstəkləyirəm”, – Culiani “TalkSport”a bildirib Artanın terrorizmlə mümkün əlaqələrin olub-olmadığı soruşulduqda, Culiani bunu təsdiqləməyib Daha əvvəl UEFA-nın Öməri PSJ və “Aston Villa” arasında keçiriləcək UEFA Super Kuboku matçına əsas hakim təyin etdiyi açıqlanmışdı DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçı heç-heçə ilə yekunlaşdı 11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi “Yunayted”in 3 futbolçusu, o cümlədən Altay cərimələndi - Günahları nədir? Şok iddia: Zədəsini sağaltmaq üçün dopinqdən istifadə edib Sirli şəkildə yoxa çıxdı Azərbaycan millisi finala vəsiqə qazandı - Foto Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı 11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi Feysbuk və İnstaqram çökdü - Yeniləndi 1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir “Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO


