9 dəfə ərə gedən dələduz
Hindistan polisi Maharaştra əyalətindən olan dələduzun axtarışlarına başlayıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın 9 dəfə ərə gedib və hər dəfə də ərinin pulunu və qızıl-zinət əşyalarını götürərək yoxa çıxıb Cinayət işi 9-cu ərin - Yoqeşa Şindenin polisə müraciətind

Hindistan polisi Maharaştra əyalətindən olan dələduzun axtarışlarına başlayıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın 9 dəfə ərə gedib və hər dəfə də ərinin pulunu və qızıl-zinət əşyalarını götürərək yoxa çıxıb Cinayət işi 9-cu ərin - Yoqeşa Şindenin polisə müraciətindən sonra açılıb. Zərərçəkən tanışlıq bürosu vasitəsilə qadınla tanış olduğunu və evləndikdən bir neçə gün sonra onun yoxa çıxdığını bildirib. Üstəlik, gəlin Şindenin pulunu və qızıllarını da özü ilə aparıb Sözügedən müraciətdən sonra məlum olub ki, bundan əvvəl gəlin daha 8 nəfəri eyni üsulla aldadıb Qeyd edək ki, polisin ehtimalına görə qadın bu əməli tək törətməyib, böyük ehtimalla onun köməkçiləri də var


