700 lotoreya bileti oğurladı, hamısı uduşsuz çıxdı
Rusiyada 700 lotoreya bileti oğurlayan qadın məhkəmə qarşısına çıxarılacaq 525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Primorye vilayətinin Bolşoy Kamen şəhərində baş verib Lotoreyaların satış məntəqəsində çalışan adı açıqlanmayan 49 yaşlı qadın səlahiyyətlərindən istifadə edərək ötən ilin

Rusiyada 700 lotoreya bileti oğurlayan qadın məhkəmə qarşısına çıxarılacaq 525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Primorye vilayətinin Bolşoy Kamen şəhərində baş verib Lotoreyaların satış məntəqəsində çalışan adı açıqlanmayan 49 yaşlı qadın səlahiyyətlərindən istifadə edərək ötən ilin yanvarından bu ilin fevralında kimi 700 lotoreya bileti oğurlayıb. Əməlinin üstü açıldıqdan sonra isə həbs olunub. Qadın səhvini etiraf edib və böyük məbləğdə pul udmaq üçün bu yola əl atdığını bildirib. Maraqlıdır ki, 700 biletin heç biri uduşlu olmayıb Qeyd edək ki, oğurlanan lotoreya biletlərinin ümumi dəyəri 400 min rubldur (təxmini 9100 manat)


