6 il əvvəl nazir idi, indi paket paylayır! Onun yeni peşəsi hər kəsi təəccübləndirib
6 il əvvəl Qırğızıstanın əmək və sosial inkişaf naziri olan Uluqbek Koçkorovun mühacirət etdiyi ABŞ-da Amazon kuryeri işlədiyi ortaya çıxıb. İşindən heç vaxt utanmadığını deyən Koçkorov işinə böyük hörmət bəslədiyini bildirib Bir vaxtlar ölkəsi Qırğızıstanda məşğulluq proseslərinə rəhbərlik edən Ə

6 il əvvəl Qırğızıstanın əmək və sosial inkişaf naziri olan Uluqbek Koçkorovun mühacirət etdiyi ABŞ-da Amazon kuryeri işlədiyi ortaya çıxıb. İşindən heç vaxt utanmadığını deyən Koçkorov işinə böyük hörmət bəslədiyini bildirib Bir vaxtlar ölkəsi Qırğızıstanda məşğulluq proseslərinə rəhbərlik edən Əmək və Sosial İnkişaf naziri Uluqbek Koçkorovun yeni həyatı sosial mediada trend mövzusuna çevrilib. 6 il əvvəl ölkəsində nazir olan Koçkorov siyasətdən ayrıldıqdan sonra ABŞ-a mühacirət edib. ABŞ-da məskunlaşan, e-ticarət nəhəngi Amazonda kuryer işləyən Koçkorovun görüntüləri ortaya çıxıb Nazirlik kimi yüksək vəzifədən kuryerliyə qədər keçdiyi həyat yolunu dəyərləndirən Koçkorov işin əhəmiyyətinə diqqət çəkib Qırğızıstanın keçmiş naziri "Halal işdə çalışıb pul qazanmaqdan qətiyyən utanmıram. Dolanışığını halallıqla, alnının təri ilə axtarmağın qəbahəti yoxdur" deyib. O dedi: Yeni peşəsinə böyük hörmət bəslədiyini deyən Koçkorov ABŞ-dakı hazırkı həyatından razı olduğunu, bağlamaların çatdırılması zamanı özünü dinc və xoşbəxt hiss etdiyini əlavə edib


