Tenqri
Ana Səhifə
Dünya

4SİM rəhbəri: "2030-cu ilə qədər rəqəmsal investisiyalardan altı qat gəlir planlaşdırılır"

Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində 2030-cu ilədək hər 1 dollar investisiyadan 6 dollar iqtisadi gəlir əldə edilməsi nəzərdə tutulur "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfəro

0 baxışreport.az
4SİM rəhbəri: "2030-cu ilə qədər rəqəmsal investisiyalardan altı qat gəlir planlaşdırılır"
Paylaş:

Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində 2030-cu ilədək hər 1 dollar investisiyadan 6 dollar iqtisadi gəlir əldə edilməsi nəzərdə tutulur "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib O bildirib ki, böyük müəssisələrin daxilində fəaliyyət göstərən bəzi startapların müstəqil şirkət (spin-off) formasında yaradılması istiqamətində təşviqedici addımlar atılır: "Paralel olaraq "Emerge" və "Baku ID" kimi genişmiqyaslı beynəlxalq investisiya proqramlarına dəstək veririk. Dünya İqtisadi Forumu ilə aktiv əməkdaşlıq aparırıq. Yaxın vaxtlarda Forumun "Onuncu Sənaye Klasterləri" təşəbbüsünə qoşulmaq məqsədilə xüsusi razılaşma imzalanıb. Bu addım vasitəsilə Azərbaycan sənayesini beynəlxalq sənaye klasterlərinə inteqrasiya etməyi hədəfləyirik ki, şirkətlər qarşılıqlı şəkildə daha səmərəli təcrübə mübadiləsi apara bilsinlər" Bundan əlavə, F. Cəfərovun sözlərinə görə, ali təhsil müəssisələri üçün xüsusi kurikulum proqramlarının işlənib hazırlanması nəzərdə tutulub: Rəqəmsal iqtisadiyyat strategiyası daxilində azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almasını faktiki olaraq dəstəkləyən ayrıca təşəbbüs də fəaliyyət göstərir Hökumət eyni zamanda data elmi ("data science"), süni intellekt (AI), kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə ixtisaslaşdırılmış təhsil və bacarıq artırma proqramları formalaşdırır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler