40 yaşlı Podolski 54 ildən sonra ilk dəfə Qornik Zabrze ilə futbolla vidalaşıb
"Qalatasaray"ın sabiq ulduzu Lukas Podolski uşaqlıq arzusu olan klubdakı aktiv futbolçu karyerasını tarixi uğurla başa vurub. 40 yaşlı əfsanəvi ad Polşanın “Qornik Zabrze” komandası ilə Polşa kubokunu başı üzərinə qaldıraraq futbol tarixinə düşüb Polşa kubokunun finalında Rakow Czestochowa ilə qar

"Qalatasaray"ın sabiq ulduzu Lukas Podolski uşaqlıq arzusu olan klubdakı aktiv futbolçu karyerasını tarixi uğurla başa vurub. 40 yaşlı əfsanəvi ad Polşanın “Qornik Zabrze” komandası ilə Polşa kubokunu başı üzərinə qaldıraraq futbol tarixinə düşüb Polşa kubokunun finalında Rakow Czestochowa ilə qarşılaşan Qornik Zabrze meydanda 2:0 hesablı qələbə qazanaraq kuboku öz muzeyinə aparıb. Polşa yığması 54 il sonra (sonuncu dəfə 1972-ci ildə) Polşa kubokunu qazansa da, Podolskinin vida matçında 38 illik ümumi kubok quraqlığına son qoydular Bu son uğuru ilə Podolski karyerasına unikal statistika əlavə etdi. Alman ulduz peşəkar karyerası ərzində oynadığı 5 fərqli ölkədə yerli kubokları qazanaraq çətin qırılan rekorda imza atıb Uşaqlıq sevgisi olan Qornik Zabrzedə karyerasını bitirmək vədinə əməl edən Podolski, pərəstişkarlarının alqışları ilə müşayət olunan final matçının 89-cu dəqiqəsində oyuna girərək peşəkar futbol həyatına son qoyub. 40 yaşlı əfsanə həm klubunun tarixini dəyişdi, həm də karyerasını zirvədə başa vurdu


