Tenqri
Ana Səhifə
Dünya

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

40 yaşdan sonra 25 yaşdakı kimi qidalanmaq təhlükəlidir. Çünki bu yaşdan sonra bədən tədricən "təyinatlarını" dəyişir: maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır, sümük itkisi sürətlənir və ürək-damar xəstəlikləri, karbohidrat mübadiləsi pozğunluqları riski artır. 25 yaşınızdakı kimi yeməy

0 baxışpublika.az
40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
Paylaş:

40 yaşdan sonra 25 yaşdakı kimi qidalanmaq təhlükəlidir. Çünki bu yaşdan sonra bədən tədricən "təyinatlarını" dəyişir: maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır, sümük itkisi sürətlənir və ürək-damar xəstəlikləri, karbohidrat mübadiləsi pozğunluqları riski artır. 25 yaşınızdakı kimi yeməyə davam etsəniz, asanlıqla çəki ala; qan təzyiqinizi və qan şəkərinizi yüksəldə zülal, kalsium, D vitamini və B vitamini çatışmazlığı yaşaya bilərsiniz. Bunlar da bir müddət sonra sümüklərə, əzələlərə, enerjiyə və idrak funksiyasına təsir göstərəcək. Odur ki, bu yaşdan sonra qidalanma rejimini dəyişməyənlər təhlükə altındadır Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Tananakina "Gazeta.Ru"ya bildirib Həkimin sözlərinə görə, 40 yaşdan sonra əsas prinsip "pəhriz" deyil, qida rejimini uzun müddət əzələləri, sümükləri, ürəyi və beyni dəstəkləyəcək şəkildə yenidən qurmaqdır "Bunun üçün qan analizinizi, çəkinizi, aktivlik səviyyənizi və xroniki xəstəliklərinizi nəzərə alaraq pəhrizinizi ən azı bir dəfə həkim və ya diyetoloqla müzakirə etməyiniz faydalıdır 40 yaşdan sonra pəhrizinizin əsasını aşağıdakılar təşkil etməlidir: kifayət qədər zülal (balıq, quş əti, yumurta, süd məhsulları, paxlalılar, tofu), gündəlik tərəvəz və meyvələr, tam taxıllar, toxumlar və yüksək keyfiyyətli bitki yağları", - deyə o bildirib Həkim izah edib ki, süd məhsulları (gündə 2-3 porsiya), yağlı balıqlar, yaşıl yarpaqlı tərəvəzlər, qoz və fındıq sümüklər, eləcə də əzələlər üçün xüsusilə faydalıdır "40-50 yaşdan yuxarı insanlar üçün gündə hər kq bədən çəkisi üçün ən azı 1-1,2 q zülal tövsiyə olunur (əks göstəriş olmadığı təqdirdə) Zərərli yağları məhdudlaşdırmaq və doymamış yağları (balıq, zeytun yağı, çərəzlər) seçmək vacibdir İnsulin müqaviməti və diabet riskini azaltmaq üçün şəkər, ağ un və şəkərli içkilərin qəbulunu azaltmaqla yanaşı, karbohidrat ehtiyacınızı tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılarla qarşılaya bilərsiniz Vitamin və minerallardan kalsium, D vitamini, maqnezium, kalium, B vitaminləri (xüsusilə B6, B12 və folat) və omeqa-3 yağ turşuları 40 yaşdan sonra xüsusilə vacibdir", - deyə həmin əlavə edib O, hipertoniyanın qarşısını almaq üçün duzu; diabet və piylənmədən əziyyət çəkməmək üçün şəkər və karbohidratı, eləcə də ultra emal olunmuş qidaları, trans yağları və spirtli içki istehlakını məhdudlaşdırmağın vacib olduğunu vurğulayıb. Buna baxmayaraq, 40 yaşdan sonra həddindən artıq sərt pəhrizlərin və kalorilərin kəskin şəkildə azaldılmasının, xüsusən də qadınlarda əzələ itkisi və sümük itkisinin sürətlənməsinə səbəb ola biləcəyini də diqqətə çatdırıb "Düzgün qurulmuş pəhriz yaşla bağlı problemləri gecikdirməyə və ya azaltmağa kömək edir", - deyə Tananakina yekunlaşdırıb Dondurmanın inanılmaz faydaları varmış, amma Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı “Sərxoş oğlan” hadisəsi yenidən gündəmdə: Uşaq 2-3 yaşdan içkiyə alışa bilər “Popkorn beyni” sindromu: kimlər təhlükə altındadır? Bir çox cütlük səhv seçim edir: mütəxəssis seks üçün ən uyğun vaxtı açıqladı Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?

Kaynak: publika.az

Diğer Haberler