“4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb Yenilənmiş məlum

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb Yenilənmiş məlumata görə, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib Həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edilib ki, həlak olduğu bildirilən digər iki Azərbaycan vətəndaşının heyətində olduğu "Zirkon" gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür Bildirilib ki, Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar "Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar", - məlumatda vurğulanıb Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində beş Azərbaycan vətəndaşının öldüyü, üçünün yaralandığı açıqlanmışdı Mürsəl Əliyevə yeni vəzifə verildi Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol vermir - Deputat Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi İlham Əliyev İsveç Kralını təbrik etdi “Həmin gün kasıbçılıqdan çıxdıq” Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO Yayda Gədəbəyə dolu düşdü - VİDEO Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov


