33 ildən sonra daha 3 şəhidin qalıqları tapıldı
Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları 33 ildən sonra müəyyən edilib Modern.az-ın məlumatına görə, uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib. Aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları 33 ildən sonra müəyyən edilib Modern.az-ın məlumatına görə, uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib. Aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib Məlumata görə, Sadıqov Zaur İmamqulu oğlu 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü Digər itkin şəxs, Həziyev Ələddin Həzi oğlu da 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir Cəfərov Rafiq Şakir oğlu isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları 15 may tarixində dəfn olunacaq Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam


