Netanyahu “30 ildir mübarizə aparıram” deyib: İranın nüvə silahı olmayacaq
İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı diqqətçəkən paylaşım edib. Netanyahu deyir ki, o, baş nazir olduğu müddətdə İranın nüvə silahına sahib olmasına icazə verməyəcək Sosial media hesabından açıqlama verən Netanyahu ABŞ prezidenti Donald Trampla İranın nüvə silahı əl

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı diqqətçəkən paylaşım edib. Netanyahu deyir ki, o, baş nazir olduğu müddətdə İranın nüvə silahına sahib olmasına icazə verməyəcək Sosial media hesabından açıqlama verən Netanyahu ABŞ prezidenti Donald Trampla İranın nüvə silahı əldə etməsinin qarşısını almaq mövzusunda tam razılığa gəldiyini bildirib Netanyahu “Biz bu məsələdə prezident Trampla tam razıyıq” deyib Netanyahu uzun illərdir ki, İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin mərkəzində olduğunu deyib və 30 ildən artıqdır ki, bu məsələ üzərində çalışdığını bildirib Netanyahu iddia edib ki, bu mübarizə aparılmasaydı, İran indiyə qədər atom bombasına sahib olacaqdı İranın İsraili hədəf aldığını iddia edən Netanyahu, "İran yəhudi dövlətini məhv etməyə çalışır və mən həyatımı onun qarşısını almağa həsr etmişəm" deyib Bəyanatının sonunda qətiyyətli mesaj verən Netanyahu, “Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı olmayacaq” deyib


