Tenqri
Ana Səhifə
Dünya

Əbədi dahiyə ehtiram: “Motsart dühası – 270” Respublika müsabiqəsinin təntənəli yekunu

“Sənətdə tərəqqi yalnız elm və zəhmətlə mümkündür” Azərbaycan musiqi ifaçılığı sənətinin inkişaf tarixində daha bir mühüm mərhələ və əlamətdar mədəni hadisə yaşandı Məlum olduğu kimi, gənc musiqiçilərin istedadının üzə çıxarılması, onların peşəkar ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi və yeni

0 baxış525.az
Əbədi dahiyə ehtiram: “Motsart dühası – 270” Respublika müsabiqəsinin təntənəli yekunu
Paylaş:

“Sənətdə tərəqqi yalnız elm və zəhmətlə mümkündür” Azərbaycan musiqi ifaçılığı sənətinin inkişaf tarixində daha bir mühüm mərhələ və əlamətdar mədəni hadisə yaşandı Məlum olduğu kimi, gənc musiqiçilərin istedadının üzə çıxarılması, onların peşəkar ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi və yeni yaradıcılıq uğurlarına istiqamətləndirilməsi məqsədilə 2026-cı ilin aprel – may aylarında “Motsart dühası – 270” adlı Respublika müsabiqəsi keçirildi Bununla əlaqədar olaraq 2026-cı il 12 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında sözügedən müsabiqənin təntənəli bağlanış mərasimi oldu. Tədbirdə Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə mühüm töhfələr vermiş tanınmış incəsənət xadimləri – “Motsart dühası – 270” adlı Respublika müsabiqəsinin münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Baş İdarəsinin rəisi İbrahim Əliyev, BMA-nın rektor müşaviri Şamxal Cəfərov, BMA-nın “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi, BMA-nın elmi katibi, Əməkdar müəllim, professor Leyla Məmmədova, eləcə də ölkənin orta ixtisas və ali musiqi təhsili müəssisələrində təhsil alan və fəaliyyət göstərən musiqi ictimaiyyətinin nümayəndələri iştirak etmişlər Tədbir BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın nitqi ilə başlandı. O, öz çıxışında bir sıra mühüm məqamlara toxunaraq keçirilən müsabiqənin əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, layihə BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə həyata keçirilmişdir. Bundan əlavə, Sevda xanım müsabiqənin təşkilində və reallaşdırılmasında xüsusi əməyi olan nüfuzlu münsiflər heyətinə, eləcə də Məktəb-studiyanın inzibati əməkdaşlarına xüsusi təşəkkürünü ifadə etdi Vurğulandı ki, əvvəlki illərlə müqayisədə sözügedən müsabiqəyə göstərilən maraq həm iştirakçıların sayına, həm də ifaçılıq səviyyəsinə görə daha geniş ictimai rezonans doğurmuşdur. Belə ki, Azərbaycanın paytaxtı və müxtəlif regionlarından – Xankəndi, Quba, Neftçala, Ağdaş, Şirvan, Ağsu, Bərdə, Biləsuvar, Gəncə, İmişli, Quba, Qubadlı, Qusar, Masallı, Saatlı, Salyan, Şabran, Şamaxı, Şəki, Tovuz kimi şəhər və rayonlardan 250-yə yaxın müraciət daxil olmuşdur. Onlardan 102 iştirakçı II tura vəsiqə qazanmışdır ki, bunların arasında müxtəlif ixtisaslar – “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə qaliblər müəyyən edilmişdir İştirakçıların qiymətləndirmə prosesi sədr – BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, həmsədr – BMA-nın tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və sədr müavini – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dos. Sevda Məmmədova olmaqla münsiflər heyətinin üzvləri – BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, professor Yusif Axundzadə, BMA-nın “Solo oxuma” kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova, BMA-nın dosentləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Fikrət Məmmədov və Əziz Qarayusifli, BMA-nın “Solo oxuma” kafedrasının baş müəllimi, həmin müəssisənin Opera studiyasının direktoru, Əməkdar artist Səbinə Əsədova, BMA-nın dosenti, Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədli, Məktəb-studiyanın müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ayşa Əliyeva, BMA-nın dosenti, Məktəb-studiyanın “Orkestr alətləri və Solo oxuma” şöbəsinin müdiri, dos. Gülnarə Quliyeva, BMA-nın İxtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini Nərminə Əliverdi-zadə, Məktəb-studiyanın “Solo oxuma” şöbəsinin müəllimi Ofeliya Axundova, Qarabağ Universitetinin “İncəsənət” fakültəsinin dosenti Aida Hüseynova və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Murad Abasov tərəfindən dəqiq və qərəzsiz şəkildə keçirilmişdir Sevda Məmmədova öz çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin yaradıcısı, eyni zamanda onun müəllimi və uzun illər birgə fəaliyyət göstərdiyi Azərbaycanın Əməkdar incəsənət xadimi Tərlan Seyidovun əziz xatirəsini ehtiramla yad etmişdir. O, böyük sənətkarın formalaşdırdığı ənənələrin bu gün də uğurla davam etdirildiyini vurğulayaraq Məktəb-studiyanın son beşillik fəaliyyətini əks etdirən “İxtisas Musiqi Məktəb-studiyası – 45. Ənənə və davamlılıq” kitabını təqdim etmiş, nəşrin məzmunu, əsas ideya istiqamətləri və əhəmiyyəti barədə məlumat vermişdir Nitqinin sonunda Sevda xanım Məmmədova Məktəb-studiyanın yaradıcı işində hər zaman onlara dəstək olmuş BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın prorektoru, professor Nərminə Quliyevaya dərin minnətdarlığını bildirmişdir Müsabiqənin uğurlu təşkili və yüksək səviyyədə keçirilməsi ilə bağlı professor Nərminə Quliyeva da öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü. O, çıxışında milli ifaçılıq sənətinin gənc musiqiçilər arasında ildən-ilə inkişaf edərək daha yüksək peşəkarlıq səviyyəsinə qalxmasını olduqca sevindirici hal kimi dəyərləndirdi və müsabiqədə uğurlu iştirakına görə Ağdaş və Neftçala şəhər uşaq musiqi məktəblərinin adlarını xüsusi vurğuladı. Nərminə xanım bu nailiyyətlərin əldə olunmasında müəllimlərin zəhmətini yüksək qiymətləndirdi, gənc ifaçıların istedadı, çalışqanlığı və səhnə mədəniyyətinin də diqqətəlayiq olduğunu qeyd etdi Azərbaycan ifaçılıq məktəbinin parlaq nümayəndəsi, professor Yeganə Axundova tədbirdə çıxışı zamanı xoş təəccüb hissi keçirdiyini qeyd etdi. O, şagird və tələbələrin dahi Vyana bəstəkarı Volfqanq Amadey Motsartın əsərlərini üslub xüsusiyyətlərinə uyğun şəkildə ifadə etmələrini, Vyana klassik məktəbinin ifa prinsiplərini dəqiqliklə mənimsəmələrini və mürəkkəb musiqi materialının öhdəsindən uğurla gəlmələrini yüksək qiymətləndirdi. Yeganə xanım gənc musiqiçiləri qazandıqları nailiyyətlər münasibətilə təbrik etdi, onlara gələcək yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzuladı Bağlanış tədbiri müsabiqənin laureatı adına layıq görülmüş bir neçə şagird və tələbənin çıxışından ibarət konsert proqramı ilə davam etdirildi. Onların hər biri öz istedadlarını nümayiş etdirərək dinləyicilərin ruhunu oxşadılar və tədbirə rəng qatdılar Konsert proqramından sonra qaliblərin təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə mərasimi zamanı müsabiqə iştirakçılarının qəlbindəki həyəcan və gözlərindəki sevinc hissi aydın şəkildə müşahidə olunurdu. Onların Azərbaycanın görkəmli sənət xadimləri tərəfindən təltif olunması və xatirə şəkilləri çəkdirmələri iştirakçılarda xüsusi qürur və sevinc hissi doğururdu. Məhz belə unudulmaz anlar gələcək musiqiçi nəslinin formalaşmasına zəmin yaradır, gənc qəlblərdə musiqi sənətinə sevgi və bağlılıq hissini daha da alovlandırır Beləliklə, Məktəb-studiya daha bir uğurlu layihəsinə imza atdı. Gənc nəslin mənəvi-estetik dünyasının formalaşdırılmasına xüsusi önəm verən BMA-nın İxtisas musiqi məktəb-studiyası bundan sonra da gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və peşəkar sənət yolunda inamla irəliləmələri istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas

Kaynak: 525.az

Diğer Haberler