23 vətəndaşımız Suriyadan repatriasiya olundu
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib Publika.az xəbər

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb Repatriasiya prosesinin ilkin mərhələsində repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri" və təyyarə biletləri ilə təmin edilib Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib Repatriantların ölkəmizdə sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası oldu Fransanın media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik - MEDİA Bu şanlı Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyidir - Fuat Oktay Ağdaşda regional müşavirə keçirildi Hərbi gəmilərimiz şərti düşmənin kəfiyyat-diversiya qruplarını məhv etdi - Video Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı 11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi Feysbuk və İnstaqram çökdü - Yeniləndi 1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir “Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO


