23 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub
BAKI, Azərbaycan, 12 iyun. Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilən mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində bu il iyunun 7, 9 və 11-də 23 Azərbaycan vətəndaşı (7 qadın və 16 uşaq) Suriya Ərəb Respublikasından repatriasiya edilib Prosesin ilkin mərhələsində repatrian

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilən mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində bu il iyunun 7, 9 və 11-də 23 Azərbaycan vətəndaşı (7 qadın və 16 uşaq) Suriya Ərəb Respublikasından repatriasiya edilib Prosesin ilkin mərhələsində repatriantların harada olması, şəxsiyyətləri, Azərbaycan Respublikasının vətəndaşlığı müəyyən edilib. Azərbaycanın Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, həmçinin İstanbuldakı Baş Konsulluğu vətəndaşların Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və aviabiletlərlə təmin edilməsində zəruri koordinasiya işləri aparıb Xaricdə böhran vəziyyətində olan Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh olan dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun üzvləri Suriyaya göndərilib və burada repatriantlar ilkin tibbi-psixoloji müayinədən keçiriliblər Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur Xarici ölkələrdə silahlı münaqişələrin qurbanı olmuş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi istiqamətində səylər davam etdiriləcək


