22 milyon avroya ayrılıq! Ederson üçün iki böyük iddiaçı
Super Liqada ardıcıl xal itkiləri və derbi məğlubiyyətindən sonra çempionluq ümidləri azalan “Fənərbaxça”da köklü dəyişikliklər gedir. Sarı-göylü komanda məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özeklə yollarını ayırıb və prezident Sadettin Saran klubu iyunda keçiriləcək seçkilərə aparmağa q

Super Liqada ardıcıl xal itkiləri və derbi məğlubiyyətindən sonra çempionluq ümidləri azalan “Fənərbaxça”da köklü dəyişikliklər gedir. Sarı-göylü komanda məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özeklə yollarını ayırıb və prezident Sadettin Saran klubu iyunda keçiriləcək seçkilərə aparmağa qərar verib. Bu qeyri-müəyyənlik şəraitində kadr planlaşdırması formalaşmağa başlayıb “Çaykur Rizəspor” matçında etdiyi səhv və “Qalatasaray” derbisində aldığı qırmızı vərəqə ilə azarkeşlərin reaksiyasına səbəb olan 32 yaşlı qapıçı Ederson “Fənərbaxça” ilə vidalaşmağa hazırlaşır Braziliya mətbuatından RTI Esporte xəbərinə görə; Əl Hilal və Kriştiano Ronaldonun da pay sahibi olduğu “Əl-Nassr” Edersonu heyətinə qatmaq istəyir. Qeyd olunub ki, hər iki komanda bu transferə çox can atıb Fənərbaxça rəhbərliyi Edersonun 22 milyon avroya transferinin qapısını açır. Bildirilib ki, sarı-göylü komanda Edersonun gedişinə yalnız onun müqaviləsindəki sərbəstlik bəndinin nəğd və tam ödənildiyi halda icazə verəcək. Maddi cəhətdən çox güclü olan Səudiyyə klublarının bu məbləği əvvəlcədən ödəməkdə problem yaşamayacağı vurğulanıb


