Tenqri
Ana Səhifə
Dünya

2050-ci ilədək şəhərlər: mənzil böhranı və “sıfır tullantı” strategiyası

COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu: “Sıfır tullantı” dayanıqlı şəhər sistemlərinin qurulması üçün fundamental bir yoldur Yaxın onilliklərdə urbanizasiya sürətlənməkdə davam edəcək. 2050-ci ilə qədər bəşəriyyətin təxminən 70 faizi və ya əlavə 2,5 milyard insan şəhərlərdə yaşayacaq. Şəhərlə

0 baxışazertag.az
2050-ci ilədək şəhərlər: mənzil böhranı və “sıfır tullantı” strategiyası
Paylaş:

COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu: “Sıfır tullantı” dayanıqlı şəhər sistemlərinin qurulması üçün fundamental bir yoldur Yaxın onilliklərdə urbanizasiya sürətlənməkdə davam edəcək. 2050-ci ilə qədər bəşəriyyətin təxminən 70 faizi və ya əlavə 2,5 milyard insan şəhərlərdə yaşayacaq. Şəhərlərin bu genişlənməsi olduqca konsentrasiyalı xarakter daşıyacaq. Proqnozlara görə, şəhər əhalisinin artımının demək olar ki, 90 faizi Asiya və Afrikanın payına düşəcək, bunun da əhəmiyyətli hissəsi sahil zonalarında və çay vadilərində yerləşən şəhərlərdə olacaq Mövcud tendensiyalar davam edərsə, əsrin ortalarına qədər 4,6 milyardadək insan gecəqondularda, qanunsuz məskunlaşma yerlərində və ya qeyri-qənaətbəxş mənzil şəraitində yaşaya bilər ki, bu da istilik dalğaları, daşqınlar, dəniz səviyyəsinin qalxması və su qıtlığı kimi yüksək iqlim riskləri ilə üzləşmək deməkdir Bu reallıq mənzil sahəsində dərin ikili problem yaradır: külli miqdarda yeni əlçatan formal mənzilə olan kəskin ehtiyac, həmçinin qeyri-formal məskunlaşma yerlərinin modernləşdirilməsi və ya onların daha da genişlənməsinin qarşısının alınması üçün “ədalətli keçid” zərurəti 2050-ci ilədək, xüsusilə Afrikada, Sahara səhrasından cənuba doğru və Asiyanın bəzi hissələrində ən azı 40 milyon yeni evə ehtiyac yaranacaq. Yalnız yaxın beş il ərzində təxminən 3 milyard insan adekvat mənzilə ehtiyac duyacaq. Bu, hər gün demək olar ki, 96 min əlçatan evin tikilməsinə bərabərdir Bu tələbata necə cavab verəcəyimiz təkcə şəhərlərimizin gələcəyini deyil, həm də ətraf mühitin vəziyyətini müəyyən edəcək. Ölkələr COP31-ə hazırlaşarkən mənzil məsələləri qlobal miqyasda inklüziv, aşağıkarbonlu inkişafı təmin etmək üçün kritik bir rıçaq kimi iqlim danışıqlarının mərkəzinə keçməlidir Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyənin “Sıfır Tullantı” Fondunun prezidenti, COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu Samed Ağırbaş bildirib “Binalar və tikinti sektoru artıq qlobal istixana qazı emissiyalarının təxminən 40 faizini istehsal edir və dünya enerjisinin üçdəbirindən çoxunu istehlak edir. Hər il bu sektor çıxarılan bütün xammalın təxminən yarısını və dünya şirin su ehtiyatlarının 20%-dən çoxunu udur. Yeni mənzil tikintisi şəhərlərin pərakəndə böyüməsinə və torpaqların təyinatının dəyişməsinə səbəb olur ki, bu da meşələrə, su-bataqlıq ərazilərinə və biomüxtəlifliyə ciddi təzyiq göstərir. Yollardan və körpülərdən tutmuş kommunal şəbəkələrə qədər tələb olunan infrastruktur ekosistemləri daha da pisləşdirir. Beton kimi ənənəvi materiallar olduqca yüksək karbon tutumludur: emissiyaların əhəmiyyətli hissəsi hələ istehsal mərhələsində formalaşır. Mənzil sektoru XXI əsrdə resurslardan istifadənin və iqlim emissiyalarının müəyyənedici amillərindən biridir”, - deyə Samed Ağırbaş qeyd edib Fondun prezidenti sistemli “sıfır tullantı” yanaşmasını həll yolu kimi təklif edir: “Bununla belə, bu çağırış həm də görünməmiş bir imkan yaradır. Mənzil təsərrüfatının bütün həyat dövrü boyu – material seçimindən və modulyar layihələndirmədən tutmuş sökülməyə və təkrar istifadəyə qədər “sıfır tullantı” prinsiplərini tətbiq etməklə, biz şəhərlərin böyüməsini ətraf mühitin məhv edilməsindən ayıra bilərik “Sıfır tullantı” tullantıları yarandıqdan sonra idarə etməyə deyil, onları mənbəyindəcə aradan qaldırmağa yönəlmiş sistemli bir yanaşmadır. O, məhsulların və resursların tullantıya çevrilməsi, yandırılması və ya basdırılması əvəzinə tullantıların qarşısının alınması, təkrar istifadə, təmir, bərpa və keyfiyyətli emal sayəsində dövriyyədə mümkün qədər uzun müddət qalması üçün layihələndirmə, istehsal, istifadə və bərpa yollarımıza yenidən baxır Mənzil kontekstində “sıfır tullantı” sadəcə dayanıqlı inkişafın kiçik bir strategiyası deyil, dövri iqtisadiyyatın yaradılması, emissiyaların azaldılması və dayanıqlı şəhər sistemlərinin qurulması üçün fundamental bir yoldur” S.Ağırbaş “sıfır tullantı” paradiqmasında mənzil təsərrüfatının həyat dövrünü belə xarakterizə edib: Birincisi, hasilat və layihələndirmədir, yəni ilkin xammaldan asılılığın azaldılmasına, resurs səmərəliliyinin artırılmasına və dayanıqlı tədarükə üstünlük verilməsidir. Mənzilə dinamik material və enerji sistemi kimi baxılır. İkincisi, tikinti, modulyar texnologiyaların tətbiqi, dəqiq planlaşdırma və materialların sistemli şəkildə yenidən emalıdır. Bu, tullantıları azaldır, xərcləri aşağı salır, yerli iş yerləri yaradır və kiçik biznesi dəstəkləyir. Dövri modellər tikintini daha sürətli, ucuz və təmiz edir. Üçüncüsü, istismardır, yəni enerji səmərəliliyinə, uyğunlaşma qabiliyyətinə və davamlılığa fokuslanmadır. Evlər aşağı resurs istehlakı ilə layihələndirilir və ailələrin dəyişən ehtiyaclarına qarşı çevik qalır. İqlim baxımından optimallaşdırılmış memarlıq uzunmüddətli dayanıqlığı təmin edir. Nəhayət, həyat dövrünün başa çatmasıdır, söküntüdən qəsdən bərpa prosesinə keçiddir. “Sökülmə üçün layihələndirmə” komponentlərin təkrar istifadəsinə imkan verir. Binalar yeni hasilata ehtiyacı azaldaraq və resurs dövriyyəsini qapayaraq “material banklarına” çevrilir İqtisadi və ekoloji faydaları qeyd edən S.Ağırbaş deyib: “Sıfır tullantı” yanaşması mənzil sektoru üçün ümid verir, qlobal emissiyaların təxminən 11 faizini təşkil edən “daxili karbon” problemini effektiv şəkildə həll edir. Üstəlik, dövri təcrübələrin tətbiqi mütləq maliyyə yükü demək deyil. Bu, 2050-ci ilə qədər tikinti mühitində daxili karbonu 75 faizə qədər azalda bilər, əməliyyatları daha səmərəli və iqtisadi cəhətdən sərfəli edər. Mənzil sahəsində “sıfır tullantı” həlləri üçün iqlim maliyyələşdirilməsinin açılması sürətlə urbanizasiya olunan regionlarda bu yanaşmaların miqyasının genişləndirilməsi üçün əsas amil olacaq Urbanizasiya qaçılmazdır. Ekoloji tənəzzül isə yox. Mənzilə “sıfır tullantı” yanaşması bizə birincini təmin edərək, ikincidən necə qaçmağın yolunu göstərir”, - deyə S.Ağırbaş fikrini yekunlaşdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler