"2029–2030-cu illərdə regiondakı layihələr tamamlandıqdan sonra yükdaşımaların həcmi bir neçə dəfə arta bilər" - Ekspert
“Son illərdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilən layihələr Orta Dəhlizin imkanlarını daha da genişləndirib. Bu layihələr marşrutun uzunmüddətli fəaliyyətinə, fərqli nəqliyyat xətləri ilə inteqrasiyasına və əlavə yüklərin cəlb olunmasına şərait yaradır. Eyni zamanda Orta D

“Son illərdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilən layihələr Orta Dəhlizin imkanlarını daha da genişləndirib. Bu layihələr marşrutun uzunmüddətli fəaliyyətinə, fərqli nəqliyyat xətləri ilə inteqrasiyasına və əlavə yüklərin cəlb olunmasına şərait yaradır. Eyni zamanda Orta Dəhliz Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq ölkələrinin inteqrasiyasını gücləndirən multimodal daşınma imkanları formalaşdırır” Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, Zəngəzur dəhlizi də bu marşrutun tamamlayıcı elementi kimi çıxış edəcək. Azərbaycanda Xəzər limanlarından qərb istiqamətində Transqafqaz dəmir yolu artıq fəaliyyət göstərir. Zəngəzur dəhlizi isə Şərqdən Qərbə daşımaların şaxələndirilməsi və mümkün risklərin azaldılması baxımından yeni imkanlar yaradacaq: “Bununla yanaşı, Gürcüstanda Anakliya dərin su limanının tikintisi də Orta Dəhlizin potensialını artıracaq. Artıq yük axınının bu istiqamətə yönəldiyini müşahidə edirik və hesablamalara görə, 2029–2030-cu illərdə regiondakı layihələr tamamlandıqdan sonra yükdaşımaların həcmi bir neçə dəfə arta bilər”


