Rzayev: Bakıda ictimai nəqliyyat sisteminin optimal işləməsi üçün 2800-2900 avtobus lazımdır
Bakıda avtobusların hərəkətinə heç bir maneə olmasa, intervalların saxlanılması mümkün olur Bunu “Report”a açıqlamasında Azərbaycan Quru Nəqliyyatı Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat sisteminin optimal işləməsi üçün ümumilikdə

Bakıda avtobusların hərəkətinə heç bir maneə olmasa, intervalların saxlanılması mümkün olur Bunu “Report”a açıqlamasında Azərbaycan Quru Nəqliyyatı Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat sisteminin optimal işləməsi üçün ümumilikdə 2800-2900 avtobus lazımdır "Əsas məqsəd doluluq səviyyəsini 70%-ə endirməkdir. Beynəlxalq təcrübədə bu göstərici psixoloji komfort həddi hesab olunur. Çünki sərnişin avtobusu uzaqdan yarı boş görəndə ona minməyə daha həvəsli olur. Yük 90%-ə yaxın olanda, içəridə yer olsa belə, avtobus həddindən artıq insan təəssüratı yaradır" O qeyd edib ki, bu il avtobus parkının genişləndirilməsi də nəzərdə tutulub və plana əsasən, 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayı 2800-ə çatdırılacaq: “2022-ci ildə şəhərdə cəmi 550 müasir avtobus var idisə, hazırda onların sayı 1100-ə çatıb AYNA rəhbəri vurğulayıb ki, intervallara əməl olunması birbaşa avtobusların hərəkəti şəraiti ilə bağlıdır: "Ona görə də avtobus zolaqları yaradılır və bu istiqamətdə işlər davam etdirilir. Hazırda avtobusların orta sürəti 17 km/saatdan 21-22 km/saata yüksəlib ki, bu da intervalların saxlanmasına və ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir" “Fürsətdən istifadə edərək sürücülərə müraciət etmək istəyirəm ki, avtobusların hərəkətinə mane olmasınlar və ictimai nəqliyyata yol versinlər Müsahibənin tam mətni ilə burada tanış olmaq olar


