Tenqri
Ana Səhifə
Dünya

TəhsilPlus kartlarının 1-ci kütləvi paylanması Gəncə-Daşkəsən bölgəsində həyata keçirilir

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın birgə əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsi çərçivəsində Gəncə-Daşkəsən bölgəsində “TəhsilPlus” kartlarının ilk kütləvi paylanması həyata keçirilib. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində keçir

0 baxıştrend.az
TəhsilPlus kartlarının 1-ci kütləvi paylanması Gəncə-Daşkəsən bölgəsində həyata keçirilir
Paylaş:

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın birgə əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsi çərçivəsində Gəncə-Daşkəsən bölgəsində “TəhsilPlus” kartlarının ilk kütləvi paylanması həyata keçirilib. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində keçirilən tədbirlərdə təhsil işçiləri TəhsilPlus kartlarını alıb, layihənin üstünlükləri və imkanları ilə tanış olublar Tədbirlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyətinin sədr müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin nümayəndələri, təhsil mütəxəssisləri və digər qonaqlar iştirak ediblər Tədbirdə çıxış edən “Kapital Bank”ın İdarə Heyətinin sədr müavini Fərid Hidayətzadə müəllimlərə verilən dəyərin onların gündəlik həyatında əks olunmasının vacibliyini vurğuladı: “Təhsildən danışanda biz, mahiyyətcə, gələcəkdən danışırıq.Güclü təhsil sisteminin və uğurlu gələcəyin təməlində müəllimlər dayanır.Ona görə də biz inanırıq ki, bu, yalnız proqramda göstərilməməlidir. həm də onların gündəlik həyatlarında bizim TələbəPlus layihəsi ilə bağlı təcrübəmiz göstərdi ki, təhsil sektoruna uyğunlaşdırılmış həllər onların gündəlik həyatında nəzərəçarpacaq faydalar yarada bilər.” Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının üstünlükləri, eləcə də layihənin partnyor şəbəkəsi vasitəsilə mövcud olan endirim və imtiyazlar haqqında ətraflı məlumat verilib. Mərasim zamanı bir qrup təhsil işçisi də “TəhsilPlus” kartlarını təqdim edib Çıxış edənlər qeyd ediblər ki, TəhsilPlus kartı məhsul və xidmətlər üzrə geniş çeşiddə endirimlər və xüsusi təkliflərə çıxış imkanı yaratmaqla təhsil mütəxəssisləri üçün əlavə dəyər yaratmaq üçün nəzərdə tutulub. Layihə gələcəkdə 450 000-ə yaxın təhsil mütəxəssisini əhatə etmək potensialına malikdir Əsas məqsəd təhsil işçilərinin sosial rifahını dəstəkləmək, onlara müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə yararlanmaq və gündəlik həyatlarına dəyər qatmaqdır Ölkənin ilk bankı olan Kapital Bank PAŞA Holdinqin tərkibinə daxildir. Kapital Bank bütün ölkə üzrə 114 filialı və 53 şöbəsi ilə Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malikdir. Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün https://kapitalbank.az internet saytına, 196 Çağrı Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank HYPERLINK "https://birbank.az/cards/all?utm_medium=pr&utm_source=kb&utm_campaign=0-TRF-taksit-kartlari-general&utm_content=pr" kartı üçün müraciətlər onlayn olaraq verilə bilər

Kaynak: trend.az

Diğer Haberler