Tenqri
Ana Səhifə
Dünya

1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA

Futbol üzrə dünya çempionatlarının açılış oyunları turnirin ab-havasını müəyyən edən xüsusi matçlar olub "Report"un araşdırmasına görə, 1930-cu ildən 2022-ci ilə qədər keçirilən mundiallarda açılış qarşılaşmaları həm nəticələri, həm də statistikası ilə diqqət çəkir 1930-cu ildəki dünya çempionatın

0 baxışreport.az
1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA
Paylaş:

Futbol üzrə dünya çempionatlarının açılış oyunları turnirin ab-havasını müəyyən edən xüsusi matçlar olub "Report"un araşdırmasına görə, 1930-cu ildən 2022-ci ilə qədər keçirilən mundiallarda açılış qarşılaşmaları həm nəticələri, həm də statistikası ilə diqqət çəkir 1930-cu ildəki dünya çempionatının açılış matçında Fransa Meksikanı 4:1 hesabı ilə məğlub edib. Növbəti mundialda İtaliya ABŞ üzərində 7:1 hesablı qələbə qazanaraq açılış oyunlarının ən məhsuldar görüşlərindən birinə imza atıb II Dünya müharibəsi səbəbindən 1942 və 1946-cı illərdə yarış keçirilməyib və mundial 1950-ci ildə Braziliya - Meksika oyunu (4:0) ilə yenidən başlayıb 1950, 1954, 1958 və 1962-ci illərdəki turnirlərdə ilk görüşlər bolqollu və nəticəli oyunlar baxımından üstünlük təşkil edibsə, 1966, 1970, 1974 və 1978-ci illərdəki dünya çempionatlarının açılış matçlarında, ümumiyyətlə, qol qeydə alınmayıb 1980-ci illərdən əsrin sonlarınadək mundialların açılış oyunları elə də bolqollu keçməyib. Yalnız 1998-ci ilin Braziliya - Şotlandiya matçında (2:1) üç top vurulub Son mundiallarda isə bu tendensiya daha da güclənib: 2006-cı ildə Almaniya - Kosta Rika (4:2), 2014-cü ildə Braziliya - Xorvatiya (4:1), 2018-ci ildə Rusiya - Səudiyyə Ərəbistanı (5:0) kimi bolqollu oyunlar açılışların daha dinamik keçdiyini göstərir. 2022-ci ildə isə Qətər Ekvadora 0:2 hesabı ilə uduzub Dünya çempionatlarının açılış oyunları 1930, 1934, 1954, 1962-ci illərdəki mundiallarda eyni vaxtda bir neçə matç başlayıb, amma FIFA siyahıda bəzilərini "birinci oyun" kimi göstərib Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq DÇ-2026 bu gün, saat 23:00-da Meksika - CAR oyunu ilə start götürəcək. İyulun 19-da başa çatacaq turnirdə ilk dəfə 48 komanda mübarizə aparacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler