Tenqri
Ana Səhifə
Dünya

"Saat 4-dən sonra işləmirik" – 176 nömrəli marşrutla bağlı QALMAQAL

Binəqədi, Xırdalan dairəsi və "Sədərək" Ticarət Mərkəzi... Paytaxtın ən işlək marşrutlarından biri olan 176 nömrəli avtobus xəttində sərnişinlər növbəti dəfə sürücü özbaşınalığı ilə üz-üzə qalıblar Redaksiyamıza daxil olan şikayətə görə, Binəqədi rayonundan keçərək Xırdalan dairəsinə, oradan isə bi

0 baxışmodern.az
"Saat 4-dən sonra işləmirik" – 176 nömrəli marşrutla bağlı QALMAQAL
Paylaş:

Binəqədi, Xırdalan dairəsi və "Sədərək" Ticarət Mərkəzi... Paytaxtın ən işlək marşrutlarından biri olan 176 nömrəli avtobus xəttində sərnişinlər növbəti dəfə sürücü özbaşınalığı ilə üz-üzə qalıblar Redaksiyamıza daxil olan şikayətə görə, Binəqədi rayonundan keçərək Xırdalan dairəsinə, oradan isə birbaşa "Sədərək" TM-ə hərəkət etməli olan 176 nömrəli marşrut avtobusunun sürücüləri öz bildikləri qrafiki tətbiq edirlər. Belə ki, sözügedən avtobus saat 16:00-dan sonra sərnişinləri mənzil başına çatdırmaqdan imtina edir. Avtobus Xırdalan dairəsinə çatan kimi sürücülər oranın son dayanacaq olduğunu iddia edərək bütün sərnişinləri məcburi şəkildə nəqliyyat vasitəsindən düşürürlər. Vətəndaşlar qrafiki soruşduqda isə sürücülər tərəfindən "Biz saat 4-dən sonra ancaq bura qədər işləyirik" kimi qeyri-qanuni cavab alırlar Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların narazılığına səbəb olan fakt artıq nəzarətə götürülüb: "Sözügedən marşrutun daşıyıcısına nizamlı fəaliyyətin təmin edilməsi, tərtib olunmuş hərəkət sxemi və qrafikinə ciddi riayət edilməsi ilə bağlı qəti xəbərdarlıq olunub. Qeyd edilən məsələ ilə bağlı geniş araşdırma aparılacaq və müəyyən olunmuş xəttən yayınan, sərnişinlərin hüquqlarını pozan sürücülər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək"

Kaynak: modern.az

Diğer Haberler