15 yaşlı övladınız “Bu platforma gələcəyim üçün vacibdir” desə
15 yaşlı övladınız: “Bu platforma gələcəyim üçün vacibdir” desə, siz nə qərar verərdiniz? Publika.az xəbər verir ki, bunu "Facebook" hesabında Azərbaycan İnternet Forumunun prezidentii Osman Gündüz yazıb O qeyd edib: "Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun l

15 yaşlı övladınız: “Bu platforma gələcəyim üçün vacibdir” desə, siz nə qərar verərdiniz? Publika.az xəbər verir ki, bunu "Facebook" hesabında Azərbaycan İnternet Forumunun prezidentii Osman Gündüz yazıb O qeyd edib: "Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən sosial platformalarda hesab açılması qadağan olunur 16-18 yaş qrupu üçün isə valideyn razılığı və valideyn nəzarəti nəzərdə tutulur Əlbəttə, uşaqların təhlükəsizliyi vacibdir, müəyyən yaş qrupları üçün platformalara girişin məhdudlaşdırılması müzakirə predmeti olmalı deyil Amma müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil Bu platformalar üzərindən milyonlarla uşaq və gənc proqramlaşdırma öyrənir, süni intellekt alətlərindən istifadə edir, xarici universitetlərə hazırlaşır, beynəlxalq olimpiadalara qoşulur, peşəkar icmalara daxil olur və gələcək karyerasını formalaşdırır Bu gün ölkələrin rəqabət qabiliyyəti də böyük ölçüdə gənclərin qlobal bilik və resurslara çıxış imkanlarından asılıdır Bu mövzu ilə bağlı valideynlərə iki sualım var Təsəvvür edin ki, 15 yaşlı övladınız aktivdir, proqramlaşdırma öyrənir, olimpiadaya hazırlaşır, əlavə bilik və bacarıqlar öyrənməyə çalışır və ya xarici universitetə qəbul olmaq istəyir. Bununla bağlı da, əlbəttə sosial platformalarda hansısa peşəkar icmalarda aktiv iştirak edir "YouTube, Telegram, Facebook, Linkedin və ya digər platformalarda mənim üçün vacib olan dərslər, təlimlər və faydalı resurslar var. Bunlardan istifadə etməyim gələcəyim üçün, qlobal həmyaşıdlarımla rəqabət üçün vacibdir." Belə halda siz ona icazə verərdinizmi? Hansı ki, əgər qanun qəbul olunsa bu , artıq bu qadağan olunacaq Təsəvvür edin ki, övladınız artıq 17 yaşındadır. Tələbədir. Müstəqil ağıllı qərarlar verir, ağıllı seçimlər edir. Süni intellektdən istifadə edir, proqramlaşdırma ilə məşğul olur, beynəlxalq layihələrdə iştirak edir, startap qurur, xarici universitetlərə hazırlaşır, bir sözlə, karyerası uğrunda vuruşur Yeni qanunun məntiqinə görə onun sosial platformalardan istifadəsi valideyn razılığı və nəzarəti altında olmalıdır Bu halda özünüzü necə hiss edərdiniz? 17 yaşlı övladınızın faydalı resurslara, peşəkar icmalara və təhsil platformalarına çıxışı üçün hər an, hətta xaricdə olsa belə sizin razılığınıza ehtiyac duyması sizi qane edərmi? Sizcə, 17 yaşlı gəncin hansı rəqəmsal resurslardan istifadə edəcəyinə valideyn qərar verməlidir, yoxsa bu yaş qrupu üçün daha fərqli yanaşma düşünülməlidir?" “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb etdi İcra başçısı Yasamal sakinlərinin müraciət və təkliflərini dinlədi - Fotolar Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir - Hikmət Hacıyev Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək Bakı metrosu yay qrafikinə keçir Bu gecə İranı vuracağıq - Tramp Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi "Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI


